Şou-biznes

“Şəbnəm Tapdıq mənə deyir ki, adını Şəbnur, ya da Şəbtac qoy”

16 İyul 2019 18:59
15 Şərh     Baxış: 3 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şəbnəm Tapdıq mənə deyir ki, adını Şəbnur, ya da Şəbtac qoy".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Lent.az"ın canlı yayımında müğənni Şəbnəm Tovuzlu ad qalmaqalı ilə bağlı danışarkən deyib.

O söyləyib ki, Şəbnəm Tapdığın istəyinə görə adına dəyişmək niyyətində deyil:

"Ona cavab qaytarım? Məndən böyükdür axı. Deyir ki, verilişlərə çıxanda aparıcı səni "Şəbnəm Tovuzlu" kimi yox, "Tovuzlu Şəbnəm" kimi təqdim etsinlər. Onu da başa düşə bilmirəm. Bunların fərqi nədir? Deyir ki, öncə "Şəbnəm" adı çəkilməsin. Mən də onun dediklərini edirəm. Onu çox istəyirəm. Adımdan imtina etmərəm. Bu, anamın xatirəsidir. Onun ruhu inciyər. Bu fikirlər məntiqsizdir".

Qeyd edək ki, Ş.Tapdıq eyni adda olan həmkarlarından adlarını dəyişdirməyi tələb edib, daha sonra adını dəyişib İlk Şəbnəm qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.