Şou-biznes

“Mənim yerimdə olmaq istəyən o qədər insan var. Bundan ötrü...” - Günay Musayeva

12 İyul 2019 19:24
2 Şərh     Baxış: 2 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun illərdir Türkiyədə yaşayan və fəaliyyət göstərən məşhur model Günay Musayeva Bakıda dəfilələrin birində podiuma çıxıb.

Milli.Az xəbər verir ki, o, həm bu hadisə, həm də özü ilə əlaqədar digər məsələlərlə bağlı axşam.az-ın suallarını cavablandırıb.

- Günay, uzun müddət sonra Bakıda podiuma çıxdınız. Təəssüratlarınız necədir?

- Sözsüz ki, vətənimi çox sevirəm. Uzun zaman sonra Bakıda podiuma çıxmağım məni fərəhləndirdi.

- Türk mediası illərdir sizdən yazır. Hazırkı mövqeyinizdən razısınız?

- Əlbəttə, razıyam. Çünki mənim yerimdə olmaq istəyən o qədər insan var... Hansı ki, bundan ötrü çox pul xərcləyirlər. Şükürlər olsun ki, bu yerdəyəm. Gündəmdə qalım, hər gün haqqımda danışılsın və s. mənim üçün maraq kəsb etmir. Sadəcə işimi görüb, evimə halal çörəyimi aparmaq istəyirəm.

- Bildiyimizə görə, Türkiyədə yeganə 34 bədənli model sizsiniz. Vücudunuzu necə qoruyursunuz?

- İdman edirəm, sağlam qidalanıram. Həftənin beş günü idmana gedirəm. Bundan başqa, kikboksla da məşğulam. O qədər çox model var ki... Statusumu qorumaq üçün özümə baxmalıyam. Bu, eyni zamanda məsuliyyət tələb edir. Həm də sağlamlıq baxımından bunları etmək lazımdır.

- Azərbaycandan getdiyiniz dövrlərdə sizə kimlər dəstək oldu?

- Həmin dövrlərdə yanımda heç bir azərbaycanlı yox idi, mənə heç kim dəstək olmadı... Hazırda da Rüfət İsmayıldan başqa yaxın dostum yoxdur.

- Azərbaycanlı modelin Türkiyədə uğurlu karyerası yəqin başqalarını narahat edir. Sizə mane olanlar var?

- Mənim çıxdığım dəfilələrdə bir çox tanınmış model olur. Onlar mənim qazandığım qonorarın yarısını, hətta dörddə birini alırlar. Bu da istər-istəməz bəzilərini qıcıqlandırır. Ya da çıxdığım dəfilələrdə əsas model olaraq podiumda görünürəm. Bunu isə mən yox, dizaynerlər, xoreoqraflar qərarlaşdırır. Bunlar qısqanclıq yaradır. Amma mən heç kimi qısqanmamışam, narahatlıq verməmişəm, öz işimə, yoluma baxmışam. Hər oyananda Allaha şükür edirəm. Bunu hər kəs etməlidir.

- Sizin millət vəkili Qənirə Paşayeva ilə yaxın münasibətlərinizin olduğu deyilir...

- Qənirə xanımı çox sevirəm, böyüyümdür. Zamanında mənə çox dəstək verib. Mənim üçün dəyərlidir, ona "bacı" deyirəm. Fürsət tapdıqca, görüşürük.

- Övladınız Cahangirin hansı sənətin sahibi olmasını istəyərsiniz?

- Mən onu yönləndirmərəm. Hansı sahədə çalışmaq istəyirsə, onu seçməlidir. İnsanları dəyişmək, yönləndirmək kimi xüsusiyyətim yoxdur. Hər kəs gördüyü işi sevərək etməlidir. Anam da istəyirdi ki, mən tarix müəllimi olum, amma model oldum. Düşünün, mən tarix müəllimiyəm... (gülür).

- Son günlər türk mediasında sevgiliniz Taha Tatlıcını bıçaqlamağınızla bağlı xəbərlər yayıldı...

- Buna Türkiyədə "masabaşı" xəbərləri deyirlər. Bu da uydurma bir məlumat idi. Hazırda həmin xəbəri yazan jurnalisti məhkəməyə vermişik. Alacağımız təzminatı kimsəsiz uşaqlara verəcəyik.

- Sevgi münasibətinizdə vəziyyət necədir?

- Taha ruh əkizimdir. O zamanlar tanımadığım bir adamla evlənmişdim. Hazırda Taha ilə eyni evdə yaşayırıq. Bir-birimizi çox sevirik. Bizi belə xəbərlər sarsıtmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.