Şou-biznes

Çingiz Mustafayev almanları heyran etdi

3 İyul 2019 17:54
1 Şərh     Baxış: 4 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanı "Avroviziya-2019"da təmsil etmiş müğənni Çingiz Mustafayev Almaniyada keçirilən "UNESCON" beynəlxalq musiqi festivalında öz ifası ilə tamaşaçıları valeh edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, müğənni öz çıxışının çarxını Instagram sosial şəbəkəsindəki səhifəsində yayıb. Mustafayev alman tamaşaçılar üçün özünün "Avroviziya" mahnısı "Truth"u və "Milim" kompozisiyasını ifa edib. Öz çıxışını bitirəndən sonra Çingiz estoniyalı həmkarı, "Avroviziya-2018"də Estoniyanı təmsil edən Elina Neçaeva ilə "Avroviziya-2019"un qalibi Dunkan Lorensonun Arcade kompozisiyasını ifa edib.

Tamaşaçılar azərbaycanlı müğənninin ifasına valeh olublar və onu səhnədən buraxmaq istəməyiblər.

Çingiz Mustafayev "Yeni ulduz" layihəsində (ATV) qalib gələndən sonra populyarlaşıb. O, həmçinin gənc ifaçıların beynəlxalq "Yeni Dalğa" müsabiqəsində, "O səs Türkiyə" və "Ukraynanın səsi" vokal layihələrində də iştirak edib. O, bir sıra musiqi nominasiyalarının laureatı, gənc nəslin ən çox tələb etdiyi ifaçılardan biridir. Müğənni "Avroviziya-2019"-da 8-ci yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.