Şou-biznes

Aygün Kazımova məşhur cütlüyün evini aldı - VİDEO

2 İyul 2019 18:37
5 Şərh     Baxış: 21 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova məşhur teleaparıcı cütlük Zaur və Günay Baxşəliyevlərin mənzilini alıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu şad xəbəri müğənni özünün Instagram sosial şəbəkəsindəki səhifəsində yayıb. Baxşəliyevlər ailəsi öz verilişlərinin növbəti mövsümünü qeyri-adi şəkildə bağlamaq üçün Aygün Kazımovanı dəvət ediblər. Müğənni müsahibə verib, mahnı oxuyub. Amma verilişdə aparıcılar üçün gözlənilməz hadisə də baş verib. Müğənni onların mənzilini almaq istədiyini bəyan edib.

Aygün Instagramda "Zaur və Günayın evini aldıqdan sonra çox mutluyam" - yazıb. Müğənni mənzilə nə qədər vəsait ödədiyini açıqlamaqdan imtina edib. Deyib ki, mənzilin neçəyə alındığını, neçəyə satıldığını, kimin qabağa düşdüyünü, kimin uduzduğunu yalnız sentyabrda (verlişin yeni mövsümündə) açıqlayacaqlar.

Aygün Kazımova Azərbaycan pop müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.