Şou-biznes

İnstaqramda təhqir edib, verilişinə qonaq çağırdı

28 İyun 2019 18:49
0 Şərh     Baxış: 2 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Hacı Nazim Məmmədovla prodüser-aparıcı Tarix Əliyev arasında ötən həftə qalmaqal yaşanmışdı.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "5/5" verilişinə qonaq olan zaman Nazimə aparıcı Toliklə bağlı sual ünvanlayır. Sənətçi isə ona "Tanıdığım insanlar haqda danışıram" cavabını vermişdi. Onun bu addımı Toliki özündən çıxarıb.

Prodüserin qarşı tərəfə cavabı sərt olmuşdu. O, İnstaqramında Nazimlə bağlı paylaşım edərək, onun ünvanına təhqir dolu sözlər yazıb.

Aradan bir neçə gün keçəndən sonra isə Tolik Nazimi "Hər şey daxil" verilişinə qonaq çağırıb. Onlar həmin vaxt aralarındakı küsülülüyə son qoyublar.

Nazimi təqdim edən Tolik "İllərdir məni tanıyır, amma deyir tanımadığım adam haqda danışmıram" sözlərini işlədib.

"Orada 6-7 sualdan yayındım, axırda da bu sual verildi" deyə, Nazim cavab verib. O, Toliklə küsülü olduqlarını etiraf edib.

Qeyd edək ki, Tolik Nazimin ünvanına "Mənimlə bağlı sual veriblər, cavab verməyə cürəti çatmayıb. Həmişə onun-bunun əlaltısı olacaq, çünki sənəti odur. Haqqımda hər müğənni danışa bilməz. Həmin adamlara sözümü həyatda da demişəm. Güvəndiyiniz dağlara necə qar yağdısa..." sözlərini yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.