Şou-biznes

Aygün: "Pərvini Kənana qısqanmıram"

27 İyun 2019 12:44
14 Şərh     Baxış: 5 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyəyə gəzməyə gedirik. Kənan da buradadır, yeni mövsümdə qayıdacaq ora. Kənanın işlərinə qarışmıram. Onun şou-biznesdəki insanlarla münasibətinə, qalmaqallarına, gördüyü işlərinə qarışmıram. Ailəmdir, bir yana. Amma şəxsi işlərinə qarışmıram".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Aygün Mahmudova "5/5" verilişində deyib. O, rejissor-aktyor həyat yoldaşı Kənan M.M.-lə bağlı sualları cavabsız qoyub. Aygün bildirib ki, ailəsi ilə bağlı məsələləri danışmağı xoşlamır.

Sənətçi aktrisa Pərvin Abıyeva ilə Kənan haqda çıxan şayiələrə də münasibət bildirib. O, aparıcısının "Sənə halaldır. Pərvini Kənana qısqanmırsan" sözlərinə belə cavab verib:

"Yox, ayıb deyil... Pərvini tanıyıram. Qısqanmaq yoxdur...".

Qeyd edək ki, Pərvin Kənananın lentə aldığı üç filmdə rol alıb. Onlar "Maşın" şouda iştirak edərkən yaxın münasibətləri müzakirələrə səbəb olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.