Şou-biznes

Azərbaycanlı aktrisa “Kara Sevda”nın Emiri ilə seriala çəkilir - FOTO

25 İyun 2019 11:14
1 Şərh     Baxış: 6 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı aktrisa Könül Nağıyeva Türkiyənin məşhur ulduzu Kaan Urgancıoğlu ilə "Gerçek olamaz" adlı yeni filmdə tərəf müqabili olacaq.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, sonuncu dəfə "Diriliş Ərtoğrul" serialında güclü və döyüşçü qadın rolu ilə yadda qalan həmyerlimiz bu dəfə drammatik sevgi hekayəsində əsas rolu canlandıracaq.

"Freemind Medya" istehsalı ilə lentə alınan filmin rejissoru Korhan Uğur və Könül Nağıyevadır. Dram janrında çəkilən ekran işinin təqdimat mərasimi bu ilin dekabr ayına planlaşdırılıb.

Qeyd edək ki, ekran işi sazda çalan Leyla adlı gənc qızın faciəli həyat hekayəsindən bəhs edir.

Filmdə Berkay Akın, Cansu Tuman, Tülin Özen , Çetin Sarıkartal və başqaları çəkilib. İnstaqramda yayılan kadr arxası görüntüləri təqdim edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.