Şou-biznes

“Övlad sahibi olmaq üçün ailə olmasa da olar” - Xəyalə Manaflı - VİDEO - FOTO

24 İyun 2019 15:29
12 Şərh     Baxış: 14 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Boş anlar" proqramının növbəti qonağı ifaçı Xəyalə Manaflı olub.

Milli.Az xəbər verir ki, müğənni tənhalıq fobiyası yaşadığını etiraf edib:

"Məndə tənhalıq fobiyası yaranmağa başladı. Bir neçə il bundan əvvəl belə bir period yaşadım. Fikirləşdim ki, yaşım irəlilədikcə bioloji olaraq övlad sahibi olmağımda çətinləşə bilər. Kimləsə münasibət qurmaq, onun kaprizlərinə dözmək də mənə artıq çətinlik törədə bilər. Valideynlərim bu gün var, amma 10-20 ilə onlar olmaya bilər. Mən həyatımı davam etməliyəm. Təklikdə qalmaq fobiyam yarandı. Düzdür, uşaq psixologiyası üçün ailə mütləqdir. Lakin, düşündüm ki, övlad sahibi olmaq üçün ailə olmasa da ola bilər. Müasir tibb də buna icazə verir. Ailəmlə dəfələrlə bu haqda söhbət etmişəm ki, mənə görə narahat olmayın. Əgər bəlli yaşıma qədər siz məni gəlinlikdə görməsəniz belə mən tənha ölməyəcəm. Qismət olar övladım olar, olmasa da itdən, pişikdən saxlayıb başımı qatacam. Nə edim, bununla mübarizə aparmaqçün falçılara gedim?! Heç kimə tövsiyə etmirəm. İnsanlar ilk olaraq öz hisslərinə inanmalıdırlar".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.