Şou-biznes

Ailəsini Ayselin dağıtdığını deyən qadına zərbə: Uşağı əlindən alındı

23 İyun 2019 16:39
20 Şərh     Baxış: 19 993

Bir müddət öncə müğənni Aysel Əlizadəni keçmiş əri Elçin Nəcəfovu əlindən almaqda, ailəsini dağıtmaqda ittiham edən Turanə Nəcəfovanın uşaqları (Mədinə və Zeynəb - red.) məhkəmə yolu ilə əlindən alınıb. Bu, Elçin Nəcəfovun müvafiq iddia ilə məhkəməyə müraciətindən sonra baş tutub.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, məhkəmə prosesinin nəticəsi "Xəzər TV"də yayımlanan "Səni axtarıram" verilişində açıqlanıb.

T.Nəcəfovanın vəkili Tahir Əlirzayev telefonla canlı efirə qoşulub və məhkəmənin nəticəsini elan edib:

"Təəssüf ki, Elçin Nəcəfovun Turanə Nəcəfovaya qarşı iddiası təmin edildi. Məhkəmə azyaşlı Zeynəbin (11 yaş - red.) anasından alınıb, atasına verilməsi barədə qərar çıxardı.

İddia ərizəsində uşağın atanın yanında olduğu, bununla belə, anadan alınıb ataya verilməsi tələb edilib. 

Mən hakimə dedim ki, iddiadan uşağın atada olduğu məlum olur. Bizdən alınıb necə ona veriləcək? Ancaq qətnamə onların lehinə çıxarıldı.

Hakim Mədinənin də fikrini soruşdu. O, baxışı ilə ayrılmaq istəmədiyini dilə gətirdi".

Qeyd edək ki, Turanə bir neçə ay öncə "Səni axtarıram" proqramına şikayətçi qismində qatılıb və gündəmi dəyişən iddialar irəli sürüb. O, müğənni Aysel Əlizadənin keçmiş həyat yoldaşı, "Yetim" ləqəbi ilə tanınan Elçinlə ailəsini dağıtdığını bildirib.

Turanə bildirib ki, Elçinin avtosalonu var və tikinti ilə məşğuldur. O, ərinin müğənniyə "Porsche" aldığını iddia edib. Bundan sonra Aysel Əlizadə "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Baxşəliyevanı məhkəməyə verib.

Milli.Az 

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    Suleyman · 23 İyun 16:422818

    Xosqedemin verilisi baglanmalidi bu menim subyektiv fikrimdi.bu ne apariciliqdi

    Cavab yaz
  • Anonim
    L · 23 İyun 16:43390

    Haqsizliq

    Cavab yaz
  • Anonim
    SS · 23 İyun 16:53670

    Cox teessuf Allah anaya sebr versin.Cox yalnis qerardi qiz usagini nece ananin elinden alib serefsiz ataya vermek olar.onun geleceyi nece olacaq.

    Cavab yaz
  • Anonim
    Ramil · 23 İyun 16:53379

    Xoşqedemin daha bir uğuru. Reytinq olsun deye, şou yaratmaqla insanlardan istifade edib sonunda onlari gözü yaşli qoymaq olmaz.

    Cavab yaz
    • Anonim
      .) · 23 İyun 18:29198

      Məncədə,Xosqədəm oz maraqlari xətrinə bu qadini batirdi....

      Cavab yaz
  • Anonim
    asi · 23 İyun 17:02305

    Əli aşından oldun Vəli aşından da..Ikisini alım deyərkən birini də itirdin..Xoşu reytinq olsun deyə saflığından istifadə edib sənin uşaqların üzərində şou praqram yaratdı, Aysel də müğənni qonaq oldu...Ata imkanlıdır, təbii ki, tək və imkansız qadın məhkəmədə qalib gələ bilməzdi..Amma ümid edin ki, uşaqlar böyüdükdən sonra sənə tərəf olalar..Atanın pulu səni unutdurmasa təbii ki...

    Cavab yaz
    • Anonim
      Sovet vətəndaşı · 23 İyun 18:3097

      Turanənin əliylə Ayselə zərbə vuruldu. Aysellə kim ədavətliydisə böyük siyasət işlətdi. İlanı Seyid Əhməd əliylə tutdu

      Cavab yaz
      • Anonim
        ❤️Ebru❤️ · 23 İyun 19:22292

        Salam.Umud edirem sohbetimiz davaya conmez?)).Amma bele deme gorek.Guyaki aysel boyuk bir adamdi onunla ne haqq edavet olacaq?.Od olmasaydi tustusu cixmazdi.Olan o yaziq qadina birde o iki gul balaya oldu ((.Ana balasiz baci-bacisiz qalacaq bu nece edaletdi haqsizliqdirr??((.O bacilarin gorusu adam ureyin parcaladi ((Amma pull bele seylere qadirmis bes vicdan haqq adalet bu nece olacaq ((.Ana ureym aqriyir Ana balasiz qalarmi hec.Allah insaf versin onlari ayiranlara (((..Onsuzda ayselkimlere ne xeyiri varr yenede onlar oz islerindedi ser bohtandeyib kececekler ((Olan bu anaya oldu(((

        Cavab yaz
    • Anonim
      Əsranur · 23 İyun 18:41100

      Asi,məncə,bir uşaqdan söhbət gedir.Nəsə səhv verilir məlumat.

      Cavab yaz
      • Anonim
        asi · 23 İyun 21:2040

        Onda yəqin elə kişidəki qız qalıb kişidə..Məqalədə hər ikisin yazıblar deyə elə bildim qadında olanı da alıb veriblər kişiyə..Kişi də qəribədir, övladın birin alıb xan kefində saxlayır, birinə baxmır..

        Cavab yaz
  • Anonim
    Papatya · 23 İyun 17:12101

    Bele pullu imkanli atadan, uşaga zippilti bir aliment yazmaqdansa, hansi ki, anada qalan usagin butuuun ehtiyaclari artiqlamasi ile odeyecek bir mebleğ evezine goturub ataya veribler birdefelik. Nece idi o soz? "Mulk, ədalətin təməlidir" ? Ya tərsi idi? Neyse deyesen tersi duz gelmir....

    Cavab yaz
    • Anonim
      Daglı · 23 İyun 18:1220

      Əksinə)

      Cavab yaz
      • Anonim
        Papatya · 23 İyun 19:0120

        Əksi işlemir axi) təəssuf...

        Cavab yaz
      • Anonim
        lale · 25 İyun 02:2000

        Sefiqe Nagiyeva olsaysdi vekileri isi udardu

        Cavab yaz
  • Anonim
    Gun kimi · 23 İyun 17:16140

    aaa bu ne demekdir?... bu qerari nece cixarmaq olar..? Dehwet...

    Cavab yaz
  • Anonim
    ziyali · 23 İyun 17:5689

    Ata her kimdise ushaqlarini da atardi.Gorunur ki,vicdanini itirmeyib.Ay Xoshu qash duzeltdiyin yerde goz chixartdin.Ele meseleler var ki, derhal ictimaileshdirmek olmaz.

    Cavab yaz
  • Anonim
    Samire · 23 İyun 18:08170

    Bu kishi o yaziq qadindan oz qisasini alibdir. O ushaqlari o qadinin elinden almaq ucun bir torba pul tokub, 100 faiz...

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 İyun 18:11217

    Deyir qisas almak isteyirsenseee sessiz semirsiz olmalisan belke de verilise cixmasaydi Buralara gelib cixmayacakdi/ Bizim qanunlarda usaq anada olmalidi 2 variantdan basqa bir ruhi xesteliyi olan anaya bir de exlaqsizliqi subut olunan anaya usaq verilmir Bunun hansi halda elinden aliblarr bilmedim amma heyifff İndi edalettt varlilarin arxalilarinnn elindediii .

    Cavab yaz
  • Anonim
    Ayka · 24 İyun 08:5240

    O 2 uwaqa ata ve ya Aysel baxandi ? Mehkeme duz etmedi

    Cavab yaz
    • Anonim
      Ali · 24 İyun 10:1610

      Şefiqe olsayqi rosa usaqlar qadina verilerdi vekilimiz yekdi

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.