Şou-biznes

Aygünlə Faiq küsülüdür - İllərin dostluğu bitdi

20 İyun 2019 14:15
4 Şərh     Baxış: 3 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllərdir dostluq edən xalq artistləri Faiq Ağayevlə Aygün Kazımovanın arasında soyuq küləklər əsir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənnilər bir müddətdir küsülüdür.

Onların bir-birindən incik olduğu bu günlərdə qatıldıqları məclislərdən birində ortaya çıxıb. Dostlar əvvəlcə, eyni masada otursalar da, soyuq münasibətləri ətrafdakıların diqqətindən qaçmayıb.

Məclisin irəliləyən dəqiqələrində isə Aygün başqa masada digər həmkarları ilə əyləşib. Aygünlə Faiqin hansı səbəbdən küsməsi məlum deyil. 

Qeyd edək ki, ötən gün Ağayevin yazdığı statusda "Onun kimisən - göylərdə uçan quşlara da borclusan, hallı-qallı. Heç kimə maraqlı deyilsən, amma tiryək udub, hələ də özün özünə "kraliça" deyirsən, zavallı" ifadələrini işlətməsi diqqət çəkmişdi və bu sözlərin kimə ithaf olunması maraq doğurmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.