Şou-biznes

"İki ay əvvəl boşanmışam" - Sevda danışdı

20 İyun 2019 14:01
8 Şərh     Baxış: 8 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl ikinci həyat yoldaşı Cəmildən ayrılan müğənni Sevda Sanəliyeva "Hər şey daxil" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi, əslində, 2 ay əvvəl rəsmi boşandığını açıqlayıb: 

"Bilinməyi məsləhət idi. Bu haqda danışmaq istəmirəm. Ailə həyatı haqda danışmaq maraqsızdır. Heç kim boşanmaq üçün ailə qurmur. Xoşbəxt olmaq istəyirik. Alınmadı, iki mədəni insan kimi ayrıldıq. Açıqlamam üçün məni məcbur edən səbəb var idi. Bilinməliydi ki, bu məsələyə nöqtə qoymuşam. Artıq rəsmi boşanmışıq. Tamamilə subayam.

Övladlarımsız bir saniyə qala bilmərəm. Ata istəsə, onları görə bilər. Uşaqları silah kimi istifadə edən ana deyiləm".

Qeyd edək ki, Sevdanın birinci nikahdan oğlu, Cəmillə ailəsindən bir qız övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.