Şou-biznes

Günel: "Bakıya pul qazanmağa gəlirəm"

19 İyun 2019 17:24
4 Şərh     Baxış: 3 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova yeni mahnılardan gileylənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV maqazin onlarla"ya açıqlamasında mahnıları səviyyəsiz adlandırıb. O, Bakıya gəlməsinin səbəbini də açıqlayıb:

"Tez-tez gəlirəm, amma az qalıram. Bura pul qazanmağa gəlirəm. Gələn kimi, başlayırlar dedi-qodulardan danışmağa. Məni maraqlandırmır, başqalarının şəxsi həyatıdır, özləri bilər. Mənim də arxamca danışırlar. Heç Türkiyədə dedi-qodulara əhəmiyyət vermirəm. Gedib gəzirəm, əylənirəm, amma onlara yaxalanmıram.

İndiki ifalara baxıram, deyirəm, köçüm Avstraliyaya. O qədər səviyyəsiz mahnılar var ki... İzləyirəm deyirəm, yəqin ki, sənəti buraxmalıyam. Axı Azərbaycan musiqisi, muğamı hər yerdə sevilir. İndikilər nədir?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.