Şou-biznes

"Köpək oğlu sözünü mən evdə oğullarıma da deyirəm" - VİDEO

19 İyun 2019 16:42
10 Şərh     Baxış: 3 759

"Burda nə var ki?! O sözü zarafata demişəm, o, mənim ağzımın sözüdür".

Milli.Az bildirir ki, bu sözləri azxeber.com-a açıqlamasında müğənni Yusif Mustafayev deyib.
 
O efirdə musiqiçilərə dediyi "Xod ver ə köpək oğlu" sözünün normal olduğunu iddia edib:
 
"Hərdən evdə uşaqlarıma da o sözü deyirəm. O dediyim adam da mənim qardaşım oğludur. Ərk edib demişəm. Böyük bir söz deməmişəm ki?!"

Efirdə təhqir olunduğu iddia olunan müğənninin qardaşı oğlu Mustafayev Mustafa deyib ki, o söz təhqir üçün işlədilməyib: "Yusif müəllim mənim əmimdir, orada təhqir yoxdur. O, mənim doğmamdır, burada qeyri-etik nə söz var ki?! O, mənə hər şey deyə bilər, bilirəm ki, zarafat edib".
 
Qeyd edək ki, müğənni ATV-də yayımlanan  "Şou ATV" verilişində bu sözləri işlədib.

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Cassious · 19 İyun 16:52121

    Evində kimə nə istəyirsən ,deyə bilərsən. Amma efirdə qaydaları gözləmək lazımdır. Əgər qayda qalıbsa təbii ki.

    Cavab yaz
  • Anonim
    sakin · 19 İyun 16:56141

    Evnən efiri çaşma. Efir mədəniyyət tələb edir

    Cavab yaz
  • Anonim
    vətəndaş · 19 İyun 16:5881

    Eifr mədəniyyəttir. Danışıqa fikir vermək lfzımdır

    Cavab yaz
  • Anonim
    ALEKS❤ · 19 İyun 17:0591

    Doğrudanda qəribədi..sonillərdiki efirlə ev mədəniyyətini tamamən dəyişik salıblar...sən evdə çox ,,şeylər,,eliyə bilərsən,,,yağlı,,sözlər işlədə bilərsən....efirdə isə birmənalı şəkildə olmaz.hətta danışığında ləhcəni unudub qrammatik danışmalısan.çünki sənə milyonlar baxır...təəssüfki özüm deyib özümüz də eşidirik...sayğılarla ALEKS@

    Cavab yaz
  • Anonim
    Melek b · 19 İyun 17:11101

    Evdede etikadan kenar danismaq lazim deyil.

    Cavab yaz
  • Anonim
    Reyci · 19 İyun 17:4271

    Kisi duz deyir daa.evde nedise colde odur

    Cavab yaz
  • Anonim
    Tənqidçi · 19 İyun 18:51111

    Siz hansı qaydadan danışırsız?? Yusifin bu sözünü elə böyütmüsüz ki, güya dəhşətli bir səhvə yol verib. Bundan biabırçı sözlər efirlərdə deyilib... Evirə az qala lüt gələnlər var...

    Cavab yaz
  • Anonim
    qonaq · 19 İyun 23:3021

    seviyyesi,medeniyyeti odu. qardaw oglu da emisiynen eyni seviyyededi.cox tessuf ki azerbaycan efiri bu gundedi

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 19 İyun 23:5830

    Medeniyyet ele evden gelirdeee Efir neynesin here öz medeniyyetin numayis etdirir...

    Cavab yaz
  • Anonim
    Mən · 20 İyun 08:3330

    Deyib deyib də guya birinci dəfədi eşidirlər.zarafatyana deyildiyini hamı bilir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.