Şou-biznes

"Yaraşıqlı, şıq görünürəm, məni həzm edə bilmirlər"

19 İyun 2019 15:21
9 Şərh     Baxış: 2 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni İzzət Bağırov "Ən yaxşısı" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib. O, geyimlərini ələ salanlara sərt cavab verib:

"Məni həzm edə bilmirlər. Baxır ki, yaraşıqlı görünürəm, şıq geyinirəm. 43 yaşım oldu. Deyirlər ki, bu niyə qocalmır? Paxıllıqdan tənqid etməyə başlayır.

Yaşımı, yerimi bilirəm. Telekanallarda, İnstaqramda ağzına gələni danışanlara, soyunanlara, tərbiyəsizlik edənlərə baxın. Onlardan danışın. Arxalarına dönüb baxsınlar, vedrələrin, vannaların səsini görsünlər, sonra məşhurlara tənqid yazsınlar".

Qeyd edək ki, İzzətin bir müddət əvvəl geyindiyi "leopart" naxışlı köynək tənqid edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.