Şou-biznes

Eldarla Röyadan sonra Anardan LGBT-lə bağlı paylaşım - FOTO

18 İyun 2019 10:36
10 Şərh     Baxış: 3 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur stilist Anar Ağakişiyev Əməkdar artist Röya Ayxan və "Eurovision- 2011" qalibi Eldar Qasımovdan sonra LGBT- yə (Lezbiyan, Gey, Biseksual, Transseksual) dəstək olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, İnstaqram səhifəsində LGBT qürur ayında üzərində göyqurşağı effekti olan geyimdən istifadə edərək foto paylaşıb. O, şəklə belə şərh yazıb:

"Əziz dostlar, bəzən həyat siyah, bəzən isə bəyazdır. İstəyirəm ki, hər kəsin həyatı mənimki və göy qurşağının rəngləri kimi rəngarəng olsun. Həyatı parlaq və rəngli yaşamaq lazımdır! Budur, sizlər üçün rənglərlə dolu yeni sürprizim".

Anarın sözügedən paylaşımı da digər tanınmışlarda olduğu kimi müzakirə mövzusuna çevirilib. Hətta dünyaca məşhur stilistlər, Türkiyənin sosial şəbəkə fenomeni Kerimcan Durmaz da Anarın postuna rəy yazıb. Ağakişiyev daha sonra açıqlama yayaraq LGBT-ni dəstəkləmədiyini bildirib:

"Əziz dostlar, mən "makeup" artistəm və rənglərlə çalışıram. Bu fotosessiyada boyalarla şəkillər var, hansılar ki "makeup"la bağlıdırlar. Bu məsələyə başqa bir məna verməyin".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.