Şou-biznes

"Günelin qardaşı ilə konfliktim olmuşdu" - TALIB hər şeyi açıqladı - FOTO

14 İyun 2019 14:31
0 Şərh     Baxış: 5 737

Günel Zeynalovanın "5/5"də Talıb Tale barədə "O, kimdir? Tanımıram" ifadələrinə, qarşı tərəf reaksiya verib.

Milli.Az-a açıqlama verən Talıb, öncə Günelin bu fikrini normal qarşılasa da, sonra bir məsələni xatırlayıb.

O, qadın həmkarının adını eşidərkən belə reaksiya verməyinin səbəbini də açıqlayıb:

"Mən ona deyə bilmərəm "Məni niyə tanımırsan?". Qadındır, durub ona nə cavab verim?! Amma qərəzli də ola bilər. Amma niyə qərəzli olsun ki? İnanmıram nəsə... Vallah onunla heç vaxt üz-üzə gəlməmişik biz. Heç bir tanışlığımız da yoxdur.

Bir vaxt bəlkə Tunarla mənim konfliktim var idi, mən təzə çıxanda mənim mahnım ("Gecəmiz") onun adına çıxmışdı, "Space"də efirə getmişdi. Nə isə olsa, bir dənə ondan ola bilər. Mahnıya onun adı yazılmışdı. Mən də çıxdım açıqlama verdim ki, oxuyan Tunar deyil, mənəm! Günelin o reaksiyası bu məsələdən qaynaqlana bilər".

Təhməz Təkin
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.