Şou-biznes

Sevda: "Metroya minənlər məşhurlardan əskik deyil"

14 İyun 2019 15:59
4 Şərh     Baxış: 2 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yay üçün mahnı, fotosessiya təqdim etdim. Artıq bu mövsüm üçün bitdi. Yeniliklərim növbəti mövsümdə olacaq".

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Sevda Yahyayeva deyib. Yay mövsümünü istirahətinə həsr edəcəyini deyən sənətçi bunun üçün xaricə üz tutacaq.

Sevda son günlər Xalq artisti Nazpəri Dostəliyevanın qalmaqala səbəb olan "Metro, avtobus sənət adamları üçün deyil" sözlərinə münasibət bildirib:

"Tək bizdə yox, dünyada belədir: Ulduzlar küçədə rahat gəzir. Bizdə münasibət bundan da üstündür. Konsertlərdə gəlib şəkil çəkdirmək istəyən olur. Normal formada yaxınlaşır, çəkdirir. Kimsə hücum etmir. Tez-Tez bulvara gəzməyə çıxıram. Normal qarşılanır. Durub bunu yalandan şişirtmək olmaz ki, ay belədir, qırğındır. Tək mənə yox, hamıya qarşı belədir.

Metroya da minmişəm. Minməkdə də eyib görmürəm. Heç kim heç kimdən artıq deyil. Bizi də bu yerə sadə vətəndaşlar çatdırıb. Metroya minənlər tanınmışlardan əskik deyil. İndi, şükür maşın var deyə, çox ictimai nəqliyyatdan istifadə edə bilmirik. Həm də səhnə geyimində, saç düzümündə, hündürdabanda necə minim metroya?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.