Şou-biznes

Mikayıldan onu BİABIR EDƏN müğənniyə cavab: Görüşəndə belə danışmırdı - FOTO

14 İyun 2019 13:31
1 Şərh     Baxış: 13 211

Aparıcı Mikayıl "5/5"də müğənni-bəstəkar hacı Nazim Məmmədovun barəsində söylədikləri ittihamlara cavab verib.

Milli.Az-a danışan aparıcı, Nazimdən heç vaxt özünə qarşı soyuqluq hiss etmədiyini bildirib. Mikayıl verilişinə gəlincə, qonaqları arasında sənətkarların çoxluq təşkil etdiyini xüsusi ilə qeyd edib:

"Hacı Nazimlə dünən mən görüşmüşəm. Həmin günü axşam da verilişə gedib. 3-4 ay əvvəl də saç salonunda görüşmüşük, amma mən soyuqluğu belə hiss etməmişəm. Hacıda soyuqluq varsa mənə qarşı, bilmirəm. Çünki görüşəndə belə danışmayıb. Zaur sual verib, o da öz rəyidir, bildirib. 

Mənim verilişimdə həm yeni oxuyanlar olur, həm də kifayət qədər tanınmış, möhürünü vurmuş sənətkarlar da qonağım olur. Mən ona deyim vallah?! Mən ondan özümə qarşı bu soyuquluğu hiss etməmişəm. Düzü, Nazimlə sıx münasibətim yoxdur. Amma görəndə bir-birimizlə salamlaşırıq".

Qeyd edək ki, Zaur Kamalın "Mikayılda nə pisdir, nə yaxşıdır?" sualına Nazim emasional şəkildə "Mən Mikayılla soyuq görüşürəm. O vaxt bir məsələ var idi. Mikayıl bir dəfə elə bir söz, məsələ çıxartdı, şou göstərdi ki, güya mən elçiliyə gəlirəm. Pisi yaxşı kimi təqdim edir. Onun açdığı veriliş var e, sonra da bayağılıqdan danışırlar. Özü də başlayıb oxumağa deyəsən. Elə musiqi var ki, camaata təqdim edirlər "bu yaxşıdır"?" cavabını verib.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    " · 14 İyun 15:2910

    Muzıkalnı hacılar çoxalır..Görəsən incəsənətimiz tərəqqi edir,yoxsa dinimiz ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.