Şou-biznes

“1 aya ola bilər” - Yeni boşanan Əbdül Xalid, evlənmək ehtimalından DANIŞDI - VİDEO - FOTO

14 İyun 2019 15:19
2 Şərh     Baxış: 3 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi müğənni Əbdül Xalid olub: 

Milli.Az xəbər verir ki, müğənni şəxsi həyatından və boşanmasından danışıb:

"Xahiş, ricam odur ki, heç vaxt şəxsi həyatımdan danışmayın. Bu hallar hamıda baş verir və verəcək də... Necə gecə-gündüz varsa, müsbət-mənfi varsa, ailə qurmaq da, dağıtmaq da var. Bu ağzı bağlı boxçadır. Bilinmir içərisində nə olacaq, heç kim həyatda sığortalanmayıb. Bu həyatda mənim üzümü güldürən qız övladımdır".

Daha sonra Əbdül Xalid, yenidən ailə quracağı etimalının da olduğunu qeyd edib: 

"Mənim üçün ən vacib sadiqlikdir. İnsan hər bir şeyə dözməlidir. Hələki yenidən ailə qurmağı düşünmürəm, çünki özüm hazır olmalıyam. Hazır olacağım zamanı isə bilmirəm. Bu 1 ay, 5 ay, 1 il ola bilər, dəqiq deyə bilmərəm. Amma ailə həyatı quracam, bu təbiidir. Çünki, həyat davam edir. Bu məsələdə mənim övladımın fikri çox önəmlidir".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.