Şou-biznes

Əməkdar artistdən xəyanət edənlərə EFİRDƏ ŞOK MƏSLƏHƏT: Hamamdan... - FOTO

13 İyun 2019 12:20
10 Şərh     Baxış: 9 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir sual verim, kişi kimi düzün de. Xanımına xəyanət eləmisən heç?

Milli.Az xəbər verir ki, bu sualla "Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) canlı yayımda əməkdar artist Cavanşir Məmmədova müraciət edib.

Əməkdar artistin suala cavabı hər kəsi təəccübləndirib:

"Kişilər çox vaxt xəyanət eləyir. Ancaq xəyanəti evə gətirmək olmaz. Nəyə görə? Xəyanət edəndə sənə nişanə qoya bilərlər - köynəyinə və yaxud da bədəninə, ya da onun "duxu"sunun iyi çökə bilər sənin köynəyinə, harasa. Xəyanətdən qayıdanda gərək hamamdan gələsən". 

Tolik sənətçinin "xəyanət" məsləhətinə "Gör nə qədər başına gəlib ki, maşınında köynək iki dənə gəzdirir" sözləri ilə reaksiya verib. 

Qeyd edək ki, Cavanşir Məmmədov 38 ildir ailəlidir.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.