Şou-biznes

"Hörmətdən düşürsən artıq" - Canlı yayımda YENİ QALMAQAL - FOTO

13 İyun 2019 11:45
2 Şərh     Baxış: 5 107

Niyə şou-biznesdə bəzi sənətkarlardan gənclərə təzyiq var?

Milli.Az xəbər verir ki, bu sualla "Hər şey daxil"in aparıcısı Tarix Əliyev (Tolik) əməkdar artist Cavanşir Məmmədova müraciət edib.

Sənətçi sözünü demiş bəzi həmkarlarını bərk qınamaqla yeni qalmaqala yol açıb:

"Yaşlı insanlara həmişə hörmət olmalıdır. Amma yaşlı sənətkar da gərək yerini, yurdunu bilsin. O demək deyil ki, sən yaşlısan, mən də deyim "Amin! düz deyirsən". Xeyr. Onlar düz eləmirlər. Mahnı müsabiqələri keçirilir də.

Bir də görürsən xalq artisti oxuya bilməyəni tərifləyir. Sənə bu vaxtı nə lazımdır? Qardaş, sənin 80, 90 yaşın var. Sən düz danışmayanda, pis oxuyana "əla" deyəndə onda sən özün hörmətdən düşürsən artıq. Adama nöqsan tutarlar, deyərlər "Bu gün yaxşı oxumadın". Hə, nolar!" 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Günka · 13 İyun 12:0120

    Söhbət muğam müsabiqəsindən gedir. Bir tərəfdən düz deyir. Zəif kiminsə tələbəsidi deyə tərifləyirlər. Amma yaxşı ifaçını fırıldaqla uzaqlaşdırmaq istəyirlər. Şahidi də olmuşam. Gərək insan özümnü hömətdən salmasın.

    Cavab yaz
  • Anonim
    Tam Maxfi. · 13 İyun 14:5601

    Kor kora kor demese baqri catlayar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.