Şou-biznes

Damlaya yenə söz atdı, Türkanla Pərvizin fotosunu cırdı

12 İyun 2019 19:34
3 Şərh     Baxış: 2 654

"Yaxşı ifaçıyam, sənətkar yox. Hamıya "sənətkar" deyilir. Bəs, Tofiq Quliyevə nə deyək?".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Hüseynova bacıları" verilişində deyib.

"Pərviz istedadlı şairdir. Amma onun oxuduğu janra görə onu qəbul etmirik. Şair kimi yaxşılar sırasına layiqdir".

Proqrama qonaq olan Əməkdar artist Elza Seyidcahan da məsələyə münasibət bildirərək, Hüseynin sözlərinə dəstək olub:

"Baxırsan, sosial şəbəkədə paylaşırlar, filankəsə görə, izdiham oldu. Deyirlər, sosial şəbəkədə izdiham oldu . Mənə çatmır bunlar".

Seyidcahan "Şou-biznes qazanında kim qaynasın" sualına da cavab verib. O, yenə də müğənni Damlaya söz atıb. Onun şəklini görən ifaçı "Başqa adam göstərin" sözlərini deyib:

"Axırda hamımızı ac qoyacaqlar. Musiqi bir qidadır. Pərvizlə Türkanı ayırıram və onu şair kimi atıram şou-biznes qazanına.

Roza yolunu çaşıb. Məni İnstaqram yox, hardan çıxarır çıxarsın".

Bir müddət əvvəl Damlanın fotosunu cırıb, onu müğənni hesab etmədiyini deyən Elza, bu dəfə Türkanla Pərviz Bülbülənin şəklini cırıb.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    zizi · 12 İyun 21:1834

    duz edib

    Cavab yaz
  • Anonim
    L. · 13 İyun 00:3932

    Qebul ede bilmiresen ay elzA onlar her defe yeni mahnilar sevililer senden daha yaxsi oxuyurlar onun ucunde qebul ede bilmirsen etsen yaxsi olar hec kimde yox imeni sen bu damlani,pervizi,turkani,sebnemi ,talibi seni bunlari nige qebul ede bilmirsen hetta hezmede bilmirsen sen ani otur oturdugun yerde zen oz mahnilari ,seirleri yaz oz isinle mesgul ol.maraqlidir damla sene edib ki,sen onu bele nifret edirsen bec o sene cvb bele vermedi sadece o sene hormeti var dege susdu sendde sussan yaxsi olar elza xanim

    Cavab yaz
  • Anonim
    SENSASİYA · 13 İyun 13:5000

    Yenə başladı da bu. Ay Elza nənə, artıq yetər.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.