Şou-biznes

“Vücudumla fəxr edirəm” - Aytəndən qınaqlara cavab

12 İyun 2019 19:49
25 Şərh     Baxış: 9 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vücudumla, görünüşümlə, hər şeyimlə fəxr edirəm! Çalışın standart olmayasınız. Kiməsə izn verməyin sizə ağıl öyrətsin".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkədə aparıcı Aytən Səfərova yazıb.

Aparıcı görünüşünə lağ edənlərə və onu kompleksə salanlara cavab verib:

"Özünü dəyərdən salmağa, "dəyər"lər reytinqinə salmağa, aşağılamağa icazə verməyin. Həmin an cavabını verib, oturdun yerinə. Necə varsınız, onunla da fəxr edin. Siz yeksiniz! Belə də sevib-sevilirsinizsə, sevginiz qarşılıqlıdırsa, fəxr edin. Diskrimaniyaya baş qaldıran kimi vurun, oturdun. Əgər sizə ağız-burun əyirlərsə, bilin ki, siz daha görünşlünüsünüz, yandıransınız. Gülümsəyin və bununla fəxr edin. Budur Aytən Səfərova! Kompleksli olmayın. Sizi kompleksə salmaq istəyənləri özünüz ağzılarını qıfıllayın. Sevənlərinizin gözlərini qamaşdırıb, ürəkdən sevindirin, sevməyənləri isə yandırıb, ürəklərini partladın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.