Şou-biznes

"Kontakt home" azərbaycanlı aparıcının ittihamlarına cavab verdi

12 İyun 2019 10:43
2 Şərh     Baxış: 2 817

"Kontakt Home" aparıcı Səma Camalqızının ittihamlarına cavab verdi.

Milli.Az-ın redaksiyasına göndərilən məktubda deyilir ki, şikayət şirkətə daxil olduğu andan etibarən məsələ araşdırılır:

""Kontakt Home" şirkəti olaraq daima müştərilərimizə keyfiyyətli məhsul və xidmət təqdim etmək prinsipini rəhbər tutduğumuzu diqqətinizə çatdırmaq istərdik.

Məlumat üçün bildirək ki, şikayət şirkətimizə daxil olduğu andan etibarən məsələ araşdırılmaq üçün Səma xanımla əlaqə yaradılmış və həlli ilə bağlı işlər görülməyə başlanılmışdır.

Prosedur qaydalarına və zəmanət şərtlərinə əsasən, Səma xanıma rəsmi servis mərkəzlərimizə müraciət etmək tövsiyə olunmuş və bununla bağlı razılığa gəlinmişdir".

Şirkətdən qeyd edilib ki, ümumiyyətlə, qeyd olunan məsələ ilə bağlı rəsmi servis diaqnostikası olmadan məhsulun keyfiyyəti ilə əlaqədar hər hansı bir şərh vermək və bununla bağlı ittiham irəli sürmək doğru deyil.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Gunka · 12 İyun 14:0730

    Cox yalanci saxta magazadi

    Cavab yaz
  • Anonim
    Duzdu . · 12 İyun 14:5330

    Sema xanimin bawina acilan oyun menim de bawima acilib. Kontaktdan soba aldim. Xarab cixdigiycun gunu sabah apardim deyiwdiler .yerine yene xarab soba verdiler. Men sobani bir muddet sonra iwletmek istedikde bu sobanin da xarab oldugunu gordum.Zemaneti olsa bele sobanin gec getirildiyini dediler ve ikinci el kimi goturuleceyini bildirdiler. Wirket demiyin hecolmasa.bazardan aldigin mal xarab cixirsa buna bir care var.ama adini WIRKET qoyub bu yolla malini siriyanlar bilmelidirki o ewyani alan adam eyninden bogazindan kesib alir belke? Ne qanuna mehel qoyurlar ne insanliga. Daha qazandiqlarinin halalligindansa sohbet gede bilmez. Servis merkezine gonderdikleri adamlari da o hedde catdirirkarki apar getire verilen taksi pulu daha da ustune gelir ve sonda Allaha hevale edib herweyden kecirsen.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.