Şou-biznes

“Çalışıram ki, sağalam, Zəhra çox balacadır” - Tünzalə

11 İyun 2019 16:42
8 Şərh     Baxış: 4 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xərçəng xəstəliyi ikinci dəfə metastaz verən Əməkdar artist Tünzalə Əliyeva xəstəliyindən danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "ATV maqazin onlarla" proqramına müsabihəsində sağalmaq istədiyini bildirib:

"Depressiyaya düşmürəm, özümdə güc tapmışam, çalışıram ki, ayaq üstdə duram, sağalam. Çünki hələ Zəhra çox balacadır.

Müalicəmin nəticəsini 6 aydan sonra biləcəm. Çanaqda, boğazda və mədəaltı vəzdə şişlər var. MRT olub, yoxlayacağıq görək, şişlər balacalaşıb, ya yox. Kimyaterpaiya ağırdır deyə, saçlarım tökülüb. Həyat yoldaşım Röyal, qayınatam və qardaşım mənə dəstək üçün saçlarını kəsdirdilər. Hələ ki parikdən istifadə edə bilmirəm, çünki istidir".

Qeyd edək ki, aktrisa ötən il xərçəng xəstəliyinə tutulub. Onun tamamilə sağaldığı deyilsə də, sonradan xərçəngin geri qayıtdığı üzə çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.