"Mənim yoldaşıma hərdən rəfiqələri sual verir ki, "Ay qız sən necə dözürsən? Nadir kliplərdə, efirlərdə sənət yoldaşları ilə öpüşür, qucaqlaşır".
Milli.Az xəbər verir ki, bunu "5/5"də Nadir Qafarzadə sənətçiləri həyat yoldaşlarının qısqanması mövzusuna münasibət bildirərkən deyib.
Nadir həyat yoldaşının cavabını efirdə səmimi şəkildə etiraf edib:
"Mən ərə gələndə bilirdim ki, artistə ərə gəlirəm".
Məhəmməd Vaqif
Milli.Az