Şou-biznes

"Bir yastıqda yatmışıq" - Müğənni Elnarədən AÇIQLAMA

3 İyun 2019 17:39
0 Şərh     Baxış: 14 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Röya Ayxan bir neçə gün əvvəl "5/5" verilişində küsülü olduğu müğənni Elnarə Xəlilovanın artıq çəkilərindən bəhs edib. R.Ayxan aparıcının "Plastik cərrah olsaydın, Elnarənin harasını kəsərdin" sualına "Piyləri kəsilməlidir. Üzdən çox qəşəngdir, onu hamı bilir. Bir az qarın hissəsinin piylərin yığardım" cavabını verib.

Milli.Az xəbər verir ki, Elnarə Xəlilova Publika.az-a veridyi açıqlamada Röyanın bu sözlərinə münasibət bildirib. Sənətçinin dediyinə görə, Röyanın bu sözləri ona olan məhəbbətindən irəli gəlir və o da, həmkarını ideal görmək istəyir:

"Verilişin kadrlarını instaqramda gördüm, özü də o sözləri deyəndə səsinin temberindəki məhəbbəti hiss elədim. Gördüm ki, fikrini çox böyük sevgi ilə söylədi. Mən də onu çox istəyirəm, həqiqətən belədir. Biz bərabər böyük həyat və yaradıcılıq yolu keçmişik. Yeri gələndə, bir yastıqda yatmışıq, bir-birimizin evində gecələmişik, duz-çörək kəsmişik, onu unutmaq olmaz. İki-üç günlük dostluq edənlərdən deyiləm, uzunömürlü olmasına çalışıram. Hazırda biz həmkarıq, dostluq etməyə vaxtımız yoxdur, onun da işi çoxdur, əksər hallarda Azərbaycanda olmur, mənim başım uşaqlarıma qarışıqdır. Açığı heç öz dostlarıma ayırmağa vaxtım olmur. Hər halda onun səsində sezdiyim məhəbbət mənə bəsdir. Ola bilsin ki, onun məni daha qüsursuz və ideal görmək istəyi var. İnanıram ki, bu da ən böyük sevgi və məhəbbətdən irəli gəlir. Mən də onu çox sevirəm və həmişə ideal görmək istəyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.