Şou-biznes

Nazpəri Dostəliyeva alınmayan biznesindən danışdı

3 İyun 2019 13:41
2 Şərh     Baxış: 3 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Nazpəri Dostəliyeva alınmayan biznesindən bəhs edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "X maqazin"ə açıqlamasında bildirib ki, iş xanımı olmaq onluq deyil:

"Biznes haqda düşünmürəm. Özümü və əzizlərimi idarə edəcək gücüm var. Gələcəyi bilmək olmaz. Amma indi "durum biznes yaradım" fikri məndə yoxdur.

Bir dəfə əl atdım biznesə, gördüm ki, üstündə durmalıyam. Sənət adamı yalnız sənətində olmalıdır. Məsuliyyətli adam öz sənətinin üstündə ciddi dayanmalıdır. Mənlik deyil ticarət.

İstəsəydim, olardı. O qədər sənətimə bağlandım ki... Biznesi qoydum kənara".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.