Şou-biznes

“Küçəmizdə işimə kişi sənəti kimi baxmırdılar” - Əməkdar artist

31 May 2019 15:52
0 Şərh     Baxış: 3 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Qurban Məsimov İTV-də yayımlanan "Dikdaban" proqramına qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, aktyorluq sənətini seçməyi ilə bağlı danışıb:

"Jurnalistikaya, xəfiyyə olmağa, kino rejissorluğuna  marağım var idi. Bizim küçədə aktyorluğa kişi sənəti kimi baxmırdılar. Kişisənsə, aktyor olmalı deyildin. İncəsənət İnstitutuna qəbul olduğumu deyəndə, hansı fakültədə oxuyacağımı soruşdular. Dedim ki, rejissorluğa qəbul olmuşam. Dedilər ki, yenə Allaha şükür ki, aktyor olmamısan".

Hazırda Kukla Teatrında çalışan aktyor uşaqların teatra olan marağından da söz açıb:

"Teatra getməyən uşağın bir tərəfi əskik qalır. Uşaq ruhunu ac saxlayırsa, gələcəkdə cəmiyyət üçün təhlükəlidir. İnsanların ali məqsədi maddiyyat və sağlamlığını qaydada saxlamaqdır. Bütün problemlərin həlli ruhumuzun şad olmağına xidmət edir. Nəyi əldə etmək istəyiriksə, ruhumuzun rahatlığı üçündür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.