Şou-biznes

"Müğənni qız almaram" qalmaqalına Ayaz da qoşuldu

30 May 2019 19:04
8 Şərh     Baxış: 4 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Ayaz Qasımov da "Övladıma müğənni almaram" deyən həmkarlarınn qalmaqalına qoşulub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" verilişində deyilən fikirləri tənqid edib: 

"Səhnədə olanlar kimdənsə əskik, əqidəcə zəifdir? Belə ayrıseçkilik olmaz. Əqidəli insan axtaranda, onun sahəsi önəmli deyil. Əgər insanın əxlaqı, tərbiyəsi varsa, heç bir çalışdığı sahə onu dəyişməz. Çox pis baxıram bu fikiri söyləyənlərə.

Bir şəxslə bağlı danışırsansa, onu araşdır, istədiyin keyfiyyət onda yoxdursa, de. Amma hamıya bunu aid etmək olmaz.

Oğlum musiqiçi olmaq istəsə, icazə verməyəcəm. Çünki gərgin və məsuliyyətli işdir. Ancaq "müğənni qız almaram" fikri ola bilməz".

Qeyd edək ki, Əməkdar artist Könül Kərimova, Elnarə Abdullayeva, müğənni Nadir Qafarzadə övladına müğənni qız almayacağını demiş, qalmaqala səbəb olmuşdular.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.