Şou-biznes

İnstaqram aktrisalarımızdan yalnız onu “tanıyır”

30 May 2019 17:34
28 Şərh     Baxış: 2 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bir çox müğənnilər İnstaqram hesablarını təsdiqlətsələr də, bu, aktrisalardan heç birində yox idi.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu mövzuda Əməkdar artist Mehriban Xanlarova bir ilkə imza atıb. Belə ki, İnstaqram rəhbərliyi Xanlarovanı rəsmən tanıyıb. O, bu barədə özü yazıb:

"Hörmətli izləyicilər və əziz məni sevənlər. Sizinlə sevincimi bölüşmək istəyirəm. İnstagram şirkəti səhifəmi təsdiqlədi.Və ən əsası isə təmannasız etdilər. Bəzi məşhurlar bu göy rəngli işarəni almaq üçün, çox yüksək məbləğdə pul ödəyirlər. Amma bu, məndə təmannasız baş verdi. Çünk, səhifəm İnstaqram rəhbərliyinin bütün qaydalarına uyğundur. Bu, mənim üçün Ramazan ayında böyük hədiyyə oldu".

Qeyd edək ki, Azərbaycanda Xalq artistləri Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Əməkdar artistlər Abbas Bağırov, Röya Ayxan, Tünzalə Ağayeva və digər məşhurların İnstaqram hesabları rəsmi olaraq tanınır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.