Şou-biznes

Azərbaycanlı məşhurla bağlı ŞOK İDDİA: Facebook-da tanış olduğu qızı... - FOTO

27 May 2019 15:57
Baxış: 4 734

Azərbaycanlı məşhur dələduzluqda ittiham edilir.

Milli.Az xəbər verir ki, aparıcı Zaur Kamal "Ay Zaur" proqramının qonağı olan Vasif Əzimovla bağlı şok iddia ilə çıxış edən qızın süjetini təqdim edib.

Üzü gizlədilən xanım, məşhurun ondan fırıldaqçılıq yolu ilə xeyli məbləğdə pul mənimsədiyini iddia edib:

"Facebook-da tanış olmuşduq. Bir gün mənə yazdı ki, "Studiyadayam, çıxa bilmirəm. Təcili kontur lazımdır mənə. Kontur göndərə bilərsən?" Mən də 5 manatlıq konturun şifrəsini göndərdim. Dedi "Qaytaracam sonra". Qaytarmadı, amma olurdu ki, biz danışırdıq. İki gün keçdi, yenə kontur istədi ki, "Telefonum bağlanır. Pis yerdəyəm. Mənə təcili 20 manatlıq kontur lazımdır". Nə isə, 20 manatlıq konturun şifrəsini göndərdim. Onu da qaytarmadı. Dedim "Sən həqiqətən Vasif Əzimovsan?". Sübut etmək üçün studiyadan şəklini çəkdi, atdı mənə. Mən onda inandım ki, bu həqiqətən Vasifdir. Yəni, olurdu ki, 10 manatlıq, 20 manatlıq yükləyirdim. Bir də baxıb gördüm ki, artıq haradasa 500 manata qədər pul xərcləmişəm. Sonra mən dedim ki, Görüşək, mənim pulumu qaytar". Dedi "Yaxşı". Biz görüş yeri təyin etdik hətta. Amma görüşə də gəlmədi. Zəng etdim Facebook-dan, telefonumu da açmır. Mən onunla danışmışam deyə, məndən istifadə edib. Mən pulumu istəyirəm, mənim pulumu qaytarsın". 

Qızın iddialı süjetindən sonra aparıcı Zaur Kamal meyxanaçıya "Bu qədər yalan olmaz, qardaş" deyə üzünü tutub. Vasif onun "fake" profil olduğunu, hətta bununla bağlı DİN-ə də müraciət etmək haqda düşündüyünü də bildirib:

"Odun üstə benzin tökmə. Amma bu çox üzücü və ciddi bir məsələdir. Mənim studiyayada əlli dənə şəkilim var. Amma doğrudan da insanlarla belə oynamaq olmaz. Vallah bu şərəfsizlikdir! Deyirəm ki, aldanmayın, danışmayın. Mənim bir instaqram səhifəm var. Qalan heç bir sosial şəbəkədə yoxam. Kimsə də danışsa, deməli mənim adımdan yalandan danışır. Bu problemlə bağlı dəfələrlə mənə zənglər gəlib".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.