Şou-biznes

Efirdə Röya ilə Tolik arasında GƏRGİNLİK: Ağzına gələni danışdı - FOTO

27 May 2019 13:29
32 Şərh     Baxış: 20 376

Əməkdar artist Röya Ayxan Tarix Əliyevin (Tolik) aparıcılığını etdiyi "Hər şey daxil"də qonaq olub.

Milli.Az xəbər verir ki, uzun illər Röyanın prodüseri kimi çalışan Tolikin əməkdar artistin canlı ifası zamanı danışması, müğənnini hiddətləndirib.

Röya aparıcıya canlı efirdə irad bildirib:

"Oxuya bilmirdim. Güclə oxudum. Bilirsiniz niyə? Durmadan qulağımın dibində danışdı. Üzünə baxıram tərs-tərs, deyir ki, "Efirdə eşidilmir". Mən səni eşidirəm, oxuya bilmirəm. Əgər birinə deyirsənsə, canlı oxu, onda onun qulağının dibində danışma". 

Tolik ulduz ifaçının iradını qəbul edərək əyləşdiyi masadan qalxıb:

"Baş üstə! O zaman sən oxuyanda gedib qıraqda dayanaram. O vaxtdan sənin yanında elə bir dənə mənəm ki, özünü sənə təsdiqləmişəm. Düz deyil? 

Allah rəhmət eləsin İlhamə Quliyevaya. Vaxtı ilə məni gətirib Röya ilə tanış etməsəydi, mən Röyanın yanında... İndi hər disk daşıyan özünə prodüser deyir, amma mən illərlə o diski daşımışam, yavaş-yavaş mənə prodüser deyiblər. Ta Vüsal kimi birdən-birə gəlib meqastarla (Röyanı nəzərdə tutdu) çalışmamışam e. İndi rahatdı! Röya o vaxtı bizi incidirdi".

Röya aparıcının sözünü yarıda kəsərək emosional halda "Sən elə birdən-birə meqastarla çalışmısan. Onda sizə də rahat olub. Çünki siz gələndə Röya artıq Röya idi" cavabını verib. 

Tolik əməkdar artistin emosionallaşdığını görüb mövzunu dəyişmək istəyib:

"Röyanı aldadırdım. Bir söz deyim tamaşçılara. Röyanın maşından başı çıxmır. Röyanın iki maşını həyətdə var idi". 

Aparıcının sözünü yenidən yarıda kəsən Röya "Bu nə danışır?!  Bir dəqiqə başımı aşağı salladım, ağzına gələni danışdı" ifadələri ilə yenidən sərt reaksiya verib. 

Tolik müğənninin onu yanlış anladığını "O mənada demədim e" sözləri ilə bildirməyə çalışsa da Röya susmayıb:

"Mənim tanınmayan vaxtımda yanımda işləyən Aydın olub. Bitdi! Siz gəlmisiniz hazır bir Röya yanına. Nə qədər var efirimizin vaxtına? Danışqıca batırsan. Vəkil çağır yanına, vəkil səni qorusun. Hamı bizdən götürüb e, yanında 30 nəfərlə gəzib".

Aparıcı müğənninin sözlərini təsdiqləyərək efirdə aranın qızışmağının qarşısını "Ay sağol, bəs öyrətdin mənə. Bu gün gəldim Tolik oldum da! Bəs mən nəyi deyirəm?!" sözləri ilə alıb.

Röya sonda Tolikə xəbərdarlıq etməyi də unutmayıb:

"Sən mənimkilərə ilişmə. Denən ki, biz beləyik. "Biz"lə danış!" 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

32 Şərh:

  • Anonim
    K.k · 27 May 13:351933

    Roya get- gede niye bele kifirlesir. Yoxsa men tekem onun bele pis olmağini goren?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 27 May 13:442426

      Men hec vaxt Röyani gözel gormemisem axiii .hemise eybecer olub,amma sesine ve oxumaqinn beyeniremmm

      Cavab yaz
    • Anonim
      Çiçək · 27 May 13:46322

      İnsanın xarici görünüşünə deyil, daxili görünüşünə "önəm" vermək lazımdır.

      Cavab yaz
    • Anonim
      li · 27 May 20:4690

      Axirki toliki susduran tapildi

      Cavab yaz
  • Anonim
    Aygün · 27 May 13:405324

    Çox mərd qadındı Əhsən Röya hər zaman bunların cavabını ver !

    Cavab yaz
  • Anonim
    mehri · 27 May 13:433321

    Röya ela deyib verlişine qonaq çagirır sonrada irad tutur mende baxdım verlişe roya gozel oxodu

    Cavab yaz
  • Anonim
    xalide · 27 May 13:492624

    Sen esl kişi qadınsan Röya ürek

    Cavab yaz
  • Anonim
    taka · 27 May 13:542221

    bu qadının Sözü üzə deməyini çox sevirem

    Cavab yaz
  • Anonim
    Cali quşu · 27 May 14:112424

    Roya qeşengleşib. Sozu uze deyir. Sag olsun. Tolik hamiya soz atir. Royaya cavab veremmedi. Gorsun ki urek qirib aşagiliyanda adam necə olur

    Cavab yaz
  • Anonim
    Sabo · 27 May 14:12322

    Niye Toliki qınayırsız ki yazıq düz deyir

    Cavab yaz
  • Anonim
    Ayka · 27 May 14:14712

    Heyif baxmadim verliwe

    Cavab yaz
  • Anonim
    99 · 27 May 14:151115

    Röyanın saçları qeşeng olub sarı qara qarışıb maraqlı saç görkemidir

    Cavab yaz
  • Anonim
    dilara · 27 May 14:18312

    men baxa bilmedim Verilişe

    Cavab yaz
  • Anonim
    dilara · 27 May 14:181121

    Röya düz deyirde bu ne demekdir axı..

    Cavab yaz
  • Anonim
    $$$Yeraz · 27 May 14:201525

    Royadan bir denedi

    Cavab yaz
  • Anonim
    sis · 27 May 14:2291

    Ne bilim vallah kimin DÜZ oldugunu allah bilir

    Cavab yaz
    • Anonim
      Esmer · 27 May 15:441925

      Supersen Röya .her kəsin cavabını layiqincə .verirsən ....

      Cavab yaz
  • Anonim
    Anonim · 27 May 16:52279

    Röyanın qəşəng qaşı gözü var. Ümumilikdə çox şirindi. Qəşəng geyinir gözəl oxuyur. Amma danışığı yoxdur. Bir dənə onu düzəltsə əla olar

    Cavab yaz
  • Anonim
    asiman · 27 May 18:11133524

    dislayklar hardan gelir belə menede verin görek rekor qıraq dislike ile hamı dislike etsin mene :))

    Cavab yaz
    • Anonim
      )) · 27 May 18:4213238

      Yavaş dagıtdın səhifəni )))

      Cavab yaz
      • Anonim
        Esmer · 27 May 19:37393

        Vayyyy bu nədi ))))262 ....

        Cavab yaz
        • Anonim
          naz · 27 May 20:50250

          salam Esmer xanım mende məətəl qaldım ne qeder dislike var 290 dislike ele bil hamı bu şerhi gözleyirmiş ..

          Cavab yaz
    • Anonim
      german · 27 May 18:495017

      dislike

      Cavab yaz
    • Anonim
      fidan · 27 May 18:533812

      107 dislike daha sozum yoxdu nece oldu bu qeder dislike geldi?

      Cavab yaz
    • Anonim
      ramil · 27 May 19:04360

      Deqiqeye 20 dislike gelir yavaş siz canınız daģılacaq yazı sehife ))))))))))

      Cavab yaz
    • Anonim
      hesen · 27 May 19:092311

      61 like 218 dislike aman allahhım

      Cavab yaz
      • Anonim
        telli · 27 May 21:0660

        uje 340 dislike olub ))))

        Cavab yaz
    • Anonim
      King · 27 May 20:56249

      320 diss tebrikler milli.az rekordu qırıldı

      Cavab yaz
      • Anonim
        Gumus · 27 May 21:042916

        Milli.az like dislike rekordunu Ebru xanım qırdın 1300 like ilə hava səhifəsində isdesez girib baxa bilərsiz 1300 likesi 1020 dislike

        Cavab yaz
        • Anonim
          ❤️Ebru❤️ · 27 May 23:26173

          Salam Gumus xanim.Cox saq olun yada saldiqiniz ucun.Cetin menim rekordumu tezeliyen ola:)))..

          Cavab yaz
        • Anonim
          ❤️Ebru❤️ · 27 May 23:40311

          Ozde Gumus xanim onu veren bir nefer idi saxta dislike edirdi burda etdiyi kimi:))Bele saxta like dislikeye inanmayin bilirem kimiydi veren dislikeni:))Meni yaman cox isteyir goren kimi qizarir:))

          Cavab yaz
    • Anonim
      yaww · 27 May 22:161710

      450 dislike Masallah

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.