Şou-biznes

"Zamanında bizim aramızda o yaşanıb" - Damla efirdə şəxsi həyatından danışdı - FOTO

27 May 2019 10:59
7 Şərh     Baxış: 5 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Damla "Zaurla Günaydın"da keçmiş həyat yoldaşı ilə münasibətlərindən danışıb.

Milli.Az xəbər verir ki, xanım ifaçı övladının atası ilə münasibətlərinin normal olduğunu qeyd edib.

Damla övladını ata sevgisindən məhrum etmək istəmədiyini bildirib:

"Düşmən deyilik. Axı bizi bir-birimizə bağlayan bir ortaq cəhətimiz var - övladımız var. Mən övladımın atasına necə sayğısızlıq edə bilərəm, necə hörmətsizlik edə bilərəm? Zamanında o, bizim aramızda yaşanıb, bitib. Onun uşağa psixoloji "travma" verməyin bir adı yoxdur. Hər zaman istəyirəm ki, övladım atasını məndən də çox istəsin. Ata çox böyük bir məfhumdur, vallah! Atadan gözəl nə ola bilər. İnsan itirəndə onun fəlsəfəsini daha dərindən anlamağa başlayır". 

Xatırladaq ki, Damlanın keçmiş həyat yoldaşından bir oğlan övladı var.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.