Şou-biznes

Aygün: “Yalandan ağzını tərpədirsən...”

27 May 2019 10:09
6 Şərh     Baxış: 4 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova toyda fonoqram oxuyanlara etiraz edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni bu barədə "ATV maqazin onlarla" proqramına açıqlamasında bildirib.

Aygün canlı oxumayan həmkarlarını qınayıb: "Etiraf edim ki, əvvələr el şənliklərindən imtina edirdim. Səhnədən istədiyimi ala bilmirdim. Əgər məni toya dəvət edirlərsə, demək ki, ifalarımı bəyənirlər. Toyda öz ifalarımı təqdim etmək istəyirdim. Vaqif Gərayzadə o vaxtlar buna etiraz etdi. Dedi ki, toyda öz repertuarını oxumaq olmaz. Zamanla bu qəbul olundu. İndi mən böyük səhnələrdə etdiyim şounu toy şənliklərində edirəm.

Polad Bülbüloğlunun sözlərini indi xatırlamaq istəyirəm. Deyirdi ki, "müğənni canlı oxumursa, onu niyə çağırırsız? Kassetini qoyun, qulaq asın! Müğənniyə əziyyət verib toya çağırmağa ehtiyac yoxdur". Vicdan məsələsi var. Qonorar verirlər, miqdarı kiçik də deyil. Toya gələrək yalandan ağzını tərpədirsən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.