Şou-biznes

“Belə qadınlardan uzaq olmağa çalışıram” - Saysız-hesabsız evlilik təklifi alan Çingiz Mustafayev - VİDEO -

25 May 2019 12:05
4 Şərh     Baxış: 3 504

ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi müğənni, bəstəkar Çingiz Mustafayev olub.

Milli.Az bildirir ki, "Avroviziya" təmsilçimiz Çingiz Mustafayev maraqlı açıqlamalar verib:

"7-ci yerə çıxmışdım. Nəsə dəyişiklik edib, Azərbaycanı 8-ci yerə saldılar. Bu da onu göstərir ki, qeyri-peşəkar səsvermədir. Həyəcan, stress kifayət qədər idi, amma hər şey vətən üçündür. Mənə elə gəlir ki, biz komanda şəklində əlimizdən gələn hər şeyi etdik. Ədalətli seçim deyildi. Təbii ki, bundan yaxşısını etməli idim. Amma belə bir qanun var ki, istənilən ifaçı səhnəyə çıxanda, bacardığının 50 fazini göstərə bilir. Çünki həyəcan, stress, məsuliyyət faktoru var. Sən başa düşürsən ki, 200 milyon insan səni canlı yayımdan izləyir. Bunların hamısı çıxışa təsir edir. Mən heç vaxt çıxışlarımdan razı qalmıram. Bu dəfə də razı qalmadım, amma ölkədə və xaricdə hamı razıdır".

Müğənni daha sonra qalmaqallardan uzaq qaldığını deyib:

"Nəyinki şou-biznesdən, ümumiyyətlə, qalmaqaldan qaçan insanam. Bu gün kimsə gəlib problem etmək istəsə, mən ondan qaçacam. Neqativlə aram yoxdur, mənə elə gəlir ki, bu, sadəcə, insanın özünü zəhərləməyidir".

Sənətçi sosial şəbəkələrdən evlilik təklifi almasından da danışıb: 

"Evlənmək məsələsi artıq beynəlxalq səviyyəyə çıxıb, çətin olacaq. "İnstagram"a çoxlu sayda "mənimlə evlən", "marry me" belə-belə şeylər yazırlar. Təbii ki, bunlar ciddi təkliflər deyil, "İnstagram"da ciddi bir evlilik təklifi ola bilməz. Ona görə heç nə, reaksiya sıfırdır. Bu, düşmən ola bilməz, amma belə baxanda millətin fərqi yoxdur. Avropalı, amerikalı ola bilər. Şərqə daha meyilliyəm, bilmirəm niyə. Hər şey ola bilər".

Mustafayev müasir xanımların bəzi mənfi cəhətlərini də dilə gətirib:

"Hazırda xanımlıq qıtlığı var, çox azdır. Yəni kişi kişi olmalıdır, xanım da xanım. İndi feminizim dəbi var dünyada, müsabiqədə də görürdüm. Belə qadınlardan uzaq olmağa çalışıram".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Arzumm · 25 May 12:20515

    Yaxşı ki cıxıb bir iki defe oxudun sirazı özünü öyürsen

    Cavab yaz
  • Anonim
    . · 25 May 12:3149

    Birinci yeri tutanda duzgun olur 8 yeri tutandasa yoox.

    Cavab yaz
  • Anonim
    ₼₼₼₼₼₼ · 25 May 14:12103

    Xanımlıq qıtlığı var. Çox düz dedin onu. İnşallah özünə layiqli qızla ailə qurarsan.

    Cavab yaz
  • Anonim
    aydın · 25 May 20:0410

    ındı xanımlar hec xanım kımı ozunu aparmır

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.