Şou-biznes

"Savaşçı"nın mövsüm finalında Azərbaycan bayrağı dalğalandırıldı - FOTO

27 May 2019 03:30
0 Şərh     Baxış: 3 233

Türkiyədə yayımlanan və Azərbaycanda da kifayət qədər sevilən "Savaşçı" serialının mövsüm finalının çəkilişlərində maraqlı hadisə baş verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, serialın baş rol ifaçıları, "Kılıç" dəstəsi Azərbaycan bayrağı açıblar. Bu barədə məlumatı "Ölkə.Az"a serialda Azərbaycan zabiti, yüzbaşı Bəxtiyar obrazını canlandıran Kənan MM məlumat verib.

"Turan ordusu vuruşduğu qüvvələrə qalib gəlir və ora bayraqlarını sancırlar. Mən də təşəbbüs göstərdim öz bayrağıma olan sevgimi nümayiş etdirdim. Mövsüm finalında sürprizlər olacaq və bəzi obrazlar serialı tərk edəcəklər. Mən gələn mövsüm də serialda Azərbaycan zabiti obrazını canlandıracam", - deyə Kənan MM bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.