Şou-biznes

Faiq Zülfiyyədən danışdı - “Onun adını çəkməli idim”

24 May 2019 17:55
5 Şərh     Baxış: 2 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayev həmkarı Zülfiyyə Xanbabayeva ilə barışıq xəbərlərinə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur müğənni bu barədə lent.az-ın canlı yayımına qonaq olarkən danışıb. O, sosial şəbəkədə Z. Xanbabayevanın adını "tag" edərək foto paylaşmasına aydınlıq gətirib:

"Həmin gün silsilə konsertlər var idi. Sonuncusu isə Bakıda baş verdi. Əsl şou-biznes o səhnədə idi.  Təsəvvür edin, hər kəs öz rəqs ansamblı ilə çıxmışdı, müasir Azərbayca obrazını təqdim etmişdilər. Onların əksəriyyəti gözümüzün qabagında böyüyənlər idi. Həmkarlarımın adını işarələdim. 

Burada təəccüblü bir şey yoxdur. İş ondandır ki, şəkildə olan şəxsin adını çəkməyə bilməzdim, ədalətsizlik olardı. Onun adını çəkməli idim. Sənətdir, bəzən danışmayan insanlar da səhnəyə çıxa bilər. Şəxsi eqolarımızdan yüksək olan peşə maraqlarımız var. Onu da deyim ki, kinli deyiləm, amma yaddaşım möhkəmdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.