Şou-biznes

Naz Mila evliliyi haqda danışdı - Onlar ərəblərlə gecələyənlərdir - MÜSAHİBƏ

24 May 2019 13:49
26 Şərh     Baxış: 13 975

Xəbər verdiyimiz kimi, Türkiyədə evlilik verilişinə qatılan Naz Mila qardaş ölkədə ailə həyatı qurub.

Milli.Az bildirir ki, Naz evliliyi haqda Azxeber.com-a müsahibə verib.
 
- İlk olaraq təbrik edirik. Evlənməyin sosial şəbəkələrdə ciddi səs-küyə səbəb oldu. Bu haqda danışardın bir az...
 
- Təbrikiniz üçün çox sağ olun. Səs-küyə səbəb olmağı normaldı, insanlar mənə kənardan, şəkillərdən və videolardan qiymət verdikləri üçün heç bir kişinin mənlə evlənməyəcəyini düşünürdü. Ona görə də onlarda bu cür fikir yaranmışdı.  
 
- Evləndiyin şəxs kimdir? Nə işlə məşğuldur, neçə yaşı var?
 
- Türkiyə vətəndaşıdı, adı Gürkandır. Geyim şirkəti var və bunun kimi başqa özəl işlərlə məşğul olur. 30 yaşı var. Gürkan mənə geyim mağazası - butik da açıb. İstədiyim hər şeyi edən bir insandır və onunla xoşbəxtəm .
 
- Gürkan sənə hansısa qadağalar qoyub?
 
- Heç bir qadağa qoymayıb, geyimimə də qarışımır. İstədiyim hər yerə aparır, kluba, əyləncə məkanlarına. İçkimə də qarışmır. Hər dediyimi  anında yerinə yetirir. İstər maddi, istər mənəvi mənə dəstək olur. 
 
- Çox gözəl. Bəs Gürkanın ailəsi evliliyi necə qarşıladı?
 
- Çox gözəl qarşıladı. Dünən qardaşı, bacısı, anası atası bir sözlə hamısı nikahda yanımızda idi. Ailələrin övladın evliliyinə qarışması bizim ölkədə qalıb, burada elə şey yoxdur. 
 
- Sosial şəbəkədə bəzi qızlar yazıb ki, Naz da ərə getdisə dünya dağılmalıdır. Onlara nə demək istəyirsən?
 
- Paxıllıq etməsinlər. Bəlkə onlar da nə vaxtsa ərə gedər. Mənə ilk evlilik təklifi edən bu deyil ki, mən mənimlə sevgili olan hər kəsdən evlənmə təklifi almışam. Çünki məni yaxından tanıyanlar bilir ki, o sosial şəbəkələrdə özlərini ev qızı göstərib, "Tarqovı"da ərəblərlə qiymət yüksəldən qızlardan deyiləm. Məni söyənlər özlərini ev qızı göstərib, "Tarqovı"da ərəblərlə gecələyənlərdi. Mən necəyəmsə, eləyəm. Sadəcə mən bu insanla evliliyi uyğun gördüm. Evlənmək istəsəydim indiyə qədər çoxdan evlənmişdim. Məni tanıyan oğlanlar hamısı deyir ki, Nazdan yaxşısı yoxdur. O elə yazan qızlar evdə qalıblar, evdə canları sıxılır deyə elə yazırlar. 
 
- Bəs sənin ailən, övladın necə qarşıladı evliliyi?
 
- Onlara nikah anının videosunu göndərdim. Sürpiz olsun istədim, elə sürpiz də oldu. Şoka düşdülər.
 
- Bəs toy nə vaxtdır? Toya kimləri çağıracaqsan? 
 
"Türkiyədə əvvəl nikah olur, sonra toy. Biz nikaha anidən qərar verdik. Gürkanın çox qohum tanışları xaricdədir deyə gələ toy sentyabrda olacaq. Toyu dəniz kənarı köşkdə ya da gəmidə edəcəyik. Azərbaycandan heç kimi toyuma cağırmıyacam. 
 
- Bəzi qızlar səni aldığına görə yoldaşını tənqid və təhqir edirlər. Sənin keçmış videoların filan ona göndərəcəklərini deyirlər...

- Göndərsinlər də guya Gürkan onları insan yerinə qoyur ki? Durub onların sözü ilə boşanası deyilik. Mənim yoldaşımı təhqir edənin gözü onda qalıb.
Gürkan onu təhqir edənləri görsə, heç üzlərinə də tüpürməz.
 
- Bəs ailə qurmaq istəyən ancaq bacarmayan qızlara nə məsləhət görərsən?
 
- Türk kişiləri ilə sevgili olsunlar. Zəng et ərə get məsələsi. Bu bir zarafatdır əlbəttə ki.. (gülür)

Milli.Az

loading...

Şərh yaz:

26 Şərh:

  • Anonim
    $$$Yeraz · 24 May 14:133726

    Seni kimilerin zemanesidi indi. Belelerinin bextu hemiwe olur

    Cavab yaz
  • Anonim
    feminist · 24 May 14:222228

    Tam razıyam. Düz düzdə qalır...

    Cavab yaz
  • Anonim
    F044 · 24 May 14:331830

    Dinimizdə buyurur ki, kim bir yolunu azmışı yolundan döndərə, özünə xanim edə həmin insan böyük bir savab qazanar. Allah xoşbəxt eləsin, keçmişini gələcəkdə təkrar eləməz İnşəAllah

    Cavab yaz
    • Anonim
      A.A · 24 May 15:24102

      F044 ele dedinizki guya bu tekrar işler tutmayacaq, axı özü deyirki ne geyimine ne de içkime qarışır. Ona görede dediyiniz bu qadına şamil deyıl teessüf ki. Allah hidayet ve ıman versin desek daha düz olardı

      Cavab yaz
      • Anonim
        Araz · 24 May 21:0540

        Hər kəsin günahı öz boynuna

        Cavab yaz
  • Anonim
    XXX · 24 May 14:34926

    Xoshbext olun!

    Cavab yaz
  • Anonim
    Pompei · 24 May 14:402024

    Etrafimda tanidigim o qeder abirli sozun esl menasinda abirli hormet saxlamagi bacaram yerini bilen qizlar var onlari alan yoxdu bu daniwigini bilmeyenlerin ozunu acib tokenlerin zemanesidi

    Cavab yaz
    • Anonim
      Araz · 24 May 21:0620

      Abırlı olmaq ailə qurmaq üçün əsas deyil. O qədər abırlılar var ki müxtəlif səbəblərə görə ailə qurub boşanıb qayıdıblar

      Cavab yaz
      • Anonim
        saleh · 24 May 22:3410

        abirli olmaqla is duzelmir

        Cavab yaz
  • Anonim
    oxucu · 24 May 14:5543

    məgər bunun uşağı var

    Cavab yaz
  • Anonim
    Əsranur · 24 May 14:581630

    Allah xoşbəxt etsin.Kişi var əxlaqsızı xanım edər,kişi var xanımı əxlaqsız edər.İnşaAllah,bu oğlan bunu xanım edər,yazıqdır.Bircə,sonra camaata əxlaq dərsi keçməsin.Belədə,nə edibsə də mənə nə?

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 24 May 15:20825

      Doğru.Xoşbəxt olsun təki.

      Cavab yaz
    • Anonim
      Araz · 24 May 21:0731

      Yox elə şey mi olar (mənə nə).?! Gərək hamı fikir bildirə, məsləhət verə

      Cavab yaz
  • Anonim
    Samire · 24 May 16:2192

    Belke pul verib, getirib qoyub bey kursusune. Saxta evlilikdi...Ozu de cox neqativ aurasi var bu Nazin.

    Cavab yaz
    • Anonim
      Araz · 24 May 21:0845

      Onun sizə dəxli yoxdur, saxtadır ya yox

      Cavab yaz
  • Anonim
    rasim · 24 May 16:5791

    Saxta evlilik.desinlərki getdi ərə..qaqaş pulun alıb oturub yanında

    Cavab yaz
    • Anonim
      Araz · 24 May 21:0937

      Kim nə edirsə lap yaxşı edir. Kiməsə pislik etmirlər ki. Öz həyatlarını istədikləri kimi yaşayırlar

      Cavab yaz
  • Anonim
    Aki2 · 24 May 17:3062

    Mencee bu bir şoudurr

    Cavab yaz
  • Anonim
    Aki1 · 24 May 17:5271

    Nazdann buna arvadd, ne de bu gededen buna er cixacaq, boş şeydi bunların şousuu

    Cavab yaz
    • Anonim
      Araz · 24 May 21:0924

      Özləri bilər, kim kimə ər ta arvad olacaq

      Cavab yaz
  • Anonim
    dagli qizi · 24 May 19:2751

    Vay-vay, bunu da alan oldu....

    Cavab yaz
    • Anonim
      Araz · 24 May 21:1023

      Niyə də olmasın ?!. Subay qalmalı deyildi ki!!!

      Cavab yaz
  • Anonim
    Araz · 24 May 21:0434

    Keçmişdə hər nə edibsə edib. Kimlərinsə səhv qəbul etdiyi kimlər üçünsə normaldır. Əsas odur ki xoşbəxt olsunlar. Kənardan baxıb başqalarının həyatını müzakirə etmək asandır

    Cavab yaz
  • Anonim
    g · 24 May 22:3520

    xosbext ol

    Cavab yaz
  • Anonim
    kjkj · 25 May 10:3500

    day sene soz yoxdu

    Cavab yaz
  • Anonim
    ☆☆..SeadeT..☆☆ · 25 May 18:0200

    Bele bele işler......

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.