Şou-biznes

Azərbaycanlı məşhur xanımı təhqir edən GÖRÜN KİM ÇIXDI - FOTOdan tanıdı

24 May 2019 12:59
Baxış: 5 887

"Ulduzlu yayım"da sosial şəbəkədə məşhur simaların paylaşımlarının şərh bölməsinə təhqir yazanlar müzakirə olunub.

Milli.Az xəbər verir ki, ATV-də efirə gedən proqramın aparıcısı mövzu ilə bağlı maraqlı bir olayı açıqlayıb.

Günay Firudinqızının bu açıqlaması verilişin qonaqlarını məəttəl qoyub:

"Adını çəkməyəcəyim məşhur bir xanım var. Görür ki, instaqramda şəkil paylaşdıqca onun altına kimsə çox pis sözlər yazır. Hər dəfə yazır, bu xanım da silir. Bir gün bu şəxsin profil şəklini "screen" edib yaxınlaşdırır görə ki, kimdir o. Baxanda görür ki, həmin bu şəkil onun ən yaxın rəfiqəsinin evində çəkilib. Məlum olur ki, yazan rəfiqəsinin anasıdır. Hər gün evinə getdiyi, söhbət etdiyi doğma bildiyi insanlar o xanımı nə qədər təhqir edirlər. Belə faktlar çoxdur. Mən birini dedim".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.