Şou-biznes

"Niyə Aygün, Faiq, Röya, Natavana verim ki..."

23 May 2019 17:44
3 Şərh     Baxış: 2 351

"İnandığım mahnını aparıb dost-qardaşıma verə bilmərəm. Artıq yaza bilmirəm, yazmıram deyil. Görürəm, qəşəng mahnıdı, niyə Aygünə, Faiqə, Natavana, Röyaya verim? Özüm oxuyum da. Məntiqi qısqanclıqdır. Buna kimi deyirdilər, Murad Arif nə mahnı yazır? İndi buyrun, təkcə özümə yazıram".

Milli.Az axşam.az-a isitnadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. Artıq bəstələrini heç bir sənət dostuna verməyən ifaçı onu paxıl adlandıranlara cavab verib:

"Mahnı krizisi yaşayıram, artıq bəstəkarlara müraciət edirəm. Duet şəklində bəstəmi kimləsə oxuya bilərəm, amma soloda məni üzürlü sayın".

Murad "Eurovision"a getmək sevdasını da açıqlayıb:

"Bu il "Eurovision"a da mahnı göndərdim. Dedim ki, özüm oxuyacamsa, verirəm, başqası oxuyacaqsa, vermirəm. Yayda həmin mahnını təqdim edəcəm". 

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 23 May 17:4841

    Onlar senden qeseng oxuyacaklarsa paxilliğuvun adi nedir ? Ver oxusunlar daaaa..Mecburdu olmuyan sesüvü camaata sırıyasan ??

    Cavab yaz
  • Anonim
    Rza · 23 May 19:1960

    Nə yekə yekə danışır

    Cavab yaz
  • Anonim
    Jasmin · 24 May 12:3700

    Kimə lazımdı sənin oğurluq,plaqiyat mahnıların,heç mənası da yoxdu oxuduqlarının.Sən evrovijına?Özünü güldürmə.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.