Şou-biznes

"Siyahıda geriləmənin önəmi yoxdur, onsuz da birinci deyiləm" - VİDEO

23 May 2019 13:35
2 Şərh     Baxış: 2 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanı "Avroviziya-2019" beynəlxalq mahnı müsabiqəsində "Truth" (Həqiqət) mahnısı ilə təmsil edən müğənni Çingiz Mustafayev yarışmadan sonra ilk dəfə canlı efirə çıxıb.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, AzTV-nin "Telesəhər" şousuna qatılan Mustafayev "Avroviziya"da səslərin yenidən hesablanması və yerlərin dəyişməsi ilə bağlı fikirlərini bölüşüb.

"Çox qəribə bir şey oldu. Mən nə eşitmişdim, nə də görmüşdüm. Müsabiqənin üstündən dörd gün keçib, indi dəyişiklik etdilər. Bu dəyişiklik isə birbaşa mənə təsir göstərir. 40 ölkənin heç bir iştirakçısına bu qədər təsir etmədi.

Azərbaycanla Makedoniya arasında dəyişikliklər oldu. Bütün avropalılar mənə qarşı olunan haqsızlıqdan danışır. Deyirdilər ki, sən daha ön yerlərdə olmalı idin. Amma proseslər əksinə cərəyan etdi. Mənim üçün isə heç bir fərqi yoxdur. Çünki birinci olmadım. Bundan sonra isə dəyişikliyin heç bir önəmi yoxdur".

Qeyd edək ki, "Avroviziya-2019"da səs dəyişmələri olub. Yeni hesablamalar Azərbaycana da təsir edib. Şimali Makedoniya sıralamada Azərbaycanla yerini dəyişməli olub. Belə ki, Azərbaycan əvvəl 297 xalla yeddinci pillədə idisə, indi 302 xalla səkkizinci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.