Şou-biznes

Nigar da DNT analizi verdi

23 May 2019 11:13
3 Şərh     Baxış: 4 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Eurovision 2011" qalibi Nigar Camal da yarışma tərəfindən aparılan DNT analizinə müraciət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni artıq öyən gün testi yoxlamaq üçün göndərdiyini bildirib.

"Eldara artıq cavab gəldi. İndi mən də baxım genetika bizi haralara aparır. Ulu babalarım, nənələrim hansı hoqqadan çıxıb, 4 həftə sonra biləcəm", - Nigar bildirib.

Qeyd edək ki, bundan əvvəl "Eurovision 2011" qalibi Eldar Qasımov da DNT analizinə müraciət edib. "Şokdayam... Bir müddət öncə "Eurovision"ın rəsmi tərəfdaşından layihədə iştirak etmək dəvətini məmnuniyyətlə qəbul etdim. DNT analizinin əsasında köklərimi öyrəndilər və test nəticələri gəldi.

78,4 faiz Qərbi Asiya, 11,6 faiz Skandinaviya, 7,1 faiz Mərkəzi Asiya, 2,1 faiz Baltikyanı ölkələr, 0,8 faiz İtaliya əsillidir" - deyə, o, bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.