Şou-biznes

"Camaatın qızını bazarda satırlar?" - Efirdə "BAYAĞI" SÖHBƏT- FOTO

22 May 2019 14:10
3 Şərh     Baxış: 6 470

Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda bayağı mahnılar mövzusuna xüsusi yer ayırıb.

Milli.Az xəbər verir ki, aparıcı toylarda səsləndirilən bir çox köhnə mahnılarımızı bu qəbildən mahnılara daxil edib.

Tolik efirdə bayağı hesab etdiyi bir neçə mahnının adını çəkib:

"Elə mahnılar var ki, mən o mahnını qəbul edə bilmərəm. Bəy gəlinlə oynayır və o məqamda oxuyur ki, "Allah bu ceyranı hardan almısan. Yalvarıb-yalvarıb tora salmısan". Elə bil camaatın qızı balıqdı, tor atıb tutub. Bazarda satırlar bəyəm camaatın qızını?! Bu bayağılığın bir növüdür. Sonra deyir "Budur gəlir cüt bacı, biri başımın tacı". Birincisi baldız baş tacı ola bilməz. Baş tacı olar ana, qayınana". 

Manaf Ağayev aparıcının sözlərinə "Yazan elə yazıb da. "Bağa girdim üzümə, tikan batdı dizimə. Əyildim çıxartmağa, yar sataşdı gözümə". Ayaq altında yar olur?" ifadələri ilə reaksiya verib.

Manafın sözləri Şəbnəm Tovuzlunun gülüşünə səbəb olub.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Dolqorukiy · 22 May 15:5520

    Tolikin dediyi mahnılarla razıyam. Ancaq Manaf səhv yozur.

    Cavab yaz
  • Anonim
    VAHID · 22 May 18:4951

    SEBNEM TOVUZLUYA GULEN LAZIMDI

    Cavab yaz
  • Anonim
    ziyali · 22 May 20:1341

    Bu Manaf da Shebishin,Metishin yaninda danishanda onlar bunu poddergka eyir,ta ele bilir ki,"avtoritetdi.....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.