Şou-biznes

“Əgər belə gündəmə gəlirəmsə, kül olsun başıma”

22 May 2019 14:55
2 Şərh     Baxış: 2 189

Müğənni Niyam Salami "5-də 5" verilişində açıqlamasından sonra ona etiraz edən "Yeni Ulduz"çulara cavab verib.

Milli.Az bildirir ki, sənətçi qafqazinfo-ya açıqlama verərək canlı efirdə söylədiyi fikirlərə aydınlıq gətirib. Niyam qeyd edib ki, proqramda atalar sözü üzərində qurulan suala zarafatyana cavab verib:

"Zaur Kamalın proqramı şou xarakterlidir. O, birinin makiyajını silir, digərinin estetik əməliyyatından danışır. Efirə baxmısızsa, görərsiz ki, aparıcı atalar sözündən sitat gətirərək mənə sual ünvanlayır. Cavabı verərkən hələ fikirləşdim. Dedim ki, kötük sənətkarlar, çör-çöp "Yeni ulduz"dan çıxanlardır. Özümü də budaq adlandırdım. Burda nə var ki? Əgər Zaur başqa mənada sual versəydi, özüm buna etiraz edərdim. Mən o qədər axmağam ki, Azərbaycanı "Eurovision"da təmsil edən Çingizin "Yeni Ulduz"dan çıxdığını bilərəkdən artıq nəsə deyəm? Sizcə, mən bunu edərəm? Bunu erməni edə bilər.

Şoudur, zarafatdır, burda nə var ki? "Yeni Ulduz"dan çıxanlar ən azı "Eurovision"da iştirak ediblər. Ən azı "Yen Ulduz"da əyləşən münsiflər var, onların niyə xətrinə dəymir? Çünki bilirlər ki, bu, bir zarafatdır. Verilişdə dedim ki, ənkələr Xalq, Əməkdar artistlərdir. Onlar da zəng vurub desinlər ki, mənə niyə kötük deyirsən? Mən nə etmişəm? Əsgər söymüşəm, ya kiminsə balasını? Uşaqlara nə deyərdim? "Yeni Ulduz"dan çıxanlara kötük deyərdim? Ayıbdır".

N.Salami daha sonra fikirlərinə sərt reaksiya verən İlhamə Qasımova və Elvin Abdullayevi tənqid edib:

"İlhamə Qasımovaya, Elvin Abdullayevə deyiləcək sözlərim var. Elvin mənə "qaqaş", "brat" deyib görüşür, üzümdən öpür. Belə ağıllı çıxmısansa, mənə zəng et, məsələnin əslini soruş. Mən də məsələni izah edim. Onlar kiminsə kölgəsində özlərini reklam etməkdən ötrü ölürlər. Belə müğənnilər var! Mən heç kimin kölgəsində reklam olmamışam, reklam xatirinə danışmamışam. Əgər öz müğənnilərimizi vuraraq gündəmə gəlirəmsə, başıma kül olsun. Öz sənətçilərimizi yerə vurmaram. Bir verilişə baxın! Gərək insanın ürəyi paxıl olsun ki, bu sözləri özlərinə götürsünlər. Bunların qəlbi qaradır".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Alsu · 22 May 15:0020

    Duz soze ne deyersen.

    Cavab yaz
  • Anonim
    ziyali · 22 May 17:5910

    Get borshuvu bishir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.