Şou-biznes

Ərindən ayrılan azərbaycanlı müğənni məşhur türk futbolçu ilə sevgilidir? - FOTO

22 May 2019 11:46
10 Şərh     Baxış: 21 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstedadlı gənc xanım ifaçı Çinarə Məlikzadə sosial şəbəkə hesabından məşhur türk futbolçu Erkan Zenginlə birgə çəkilmiş fotosunu paylaşıb.

Milli.Az xəbər verir ki, müğənni Türkiyədə görüşdüyü futbolçu ilə fotosuna "Erkan Zenginle maç keyfi" şərhini yazıb.

Müğənni ilə futbolçunun fotosu onların sevgili olması ilə bağlı iddialara yol açıb.

Xatırladaq ki, müğənni Çinarə Məlikzadə aktyor Əlibəy Məmmədli ilə ailəli olub. Evlilik müddətləri bir il çəkməyən cütlüyün bu nikahdan övladı yoxdur.

Qeyd edək ki, bir vaxtlar İsveç millisinin də şərəfini qoruyan istedadlı yarımmüdafiəçi Erkan Zengin hazırda karyerasını Türkiyə birinci liqa təmsilçisi "Eskişehirspor"da davam etdirir.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.