Şou-biznes

Kənan Aygünə nə qadağa edib?

21 May 2019 16:19
2 Şərh     Baxış: 5 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kənan həmişə deyir ki, heç kimlə işin olmasın. Gücsüz, sevmədiyin müğənni ola bilər. Sənə söz atana belə cavab vermə".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aygün Mahmudova "Şou news"a açıqlamasında deyib. Rejissor Kənan M.M.-lə ailəli olan sənətçi ərinin ona qoyduğu qadağalardan danışıb. Aygün bildirib ki, Kənanın onu sənətdən uzaqlaşdırmasından qorxur:

"Kənanın sözünə daha çox qulaq asıram. Öz fikirlərimdən, hislərimdən çox ona qulaq asıram. Kənan daha önəmlidir. Birdən dedi ki, oxumaq qurtardı, bitdi. Allah o günü göstərməsin. İnşallah, onun düşündüyü kimi hərəkətlərimi davam etdirirəm".

Aygün Türkiyəyə köçmək suallarına isə "Köçüb getmək mümkün deyil. Uşaqlarımın təhsili var. Uşaqlarımı rusdilli məktəbə də qoymuram" cavabını verib.

Sənətə yeni gələn müğənnilərdən söz açan müğənni "Xalqın gözü tərəzidir. Onlar səsi, abırı olanı seçir. Heç kim kiməsə lağ edə bilməz. Kənarda deyə bilərsən, geyim sənə yaraşmır, qeyrətli qadınsan, səsin yoxdur, oxuma. Amma efirdə belə şeylər demək olmaz" deyə, bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.