Şou-biznes

“Videosu yayılan üç qızı qardaşlarımız alır, toylarında oxuyuruq” - Xatirə İslam

20 May 2019 18:37
11 Şərh     Baxış: 16 559

"Kökəlmirəm, hər şey qaydasındadır. Bir dəfə yoldaşım gəldi gördü ki, sobaya para quzu qoymuşam. Getdi məşqə, qayıdan da gördü ki, heç nə qalmayıb. İndi o qədər yemirəm".

Milli.Az "ölkə.az"a istinadən xəbər evrir ki, bu sözləri müğənni Xatirə İslam "Ay Zaur" verilişində deyib. Bir müddət əvvəl plastik əməliyyatla arıqlayan sənətçi yenidən kökəlməsi ilə bağlı xəbərləri şayiə adlandırıb.

Sənətçi əri Fəxrəddinin onu qısqanmadığını söyləyib:

"Arıqlamağımı özüm istədim. Elə xasiyyətim var ki, oğlan kimiyəm. Studiyada, başqa yerdə oluram. Heç vaxt məndən harada olduğumu maraqlanmırdılar. Arıqlayandan sonra maraqlanmağa başlayıb ki, haradasan?

Çox kaprizsiz və üzüyolayam. Ona görə də hər zaman demişəm, məni alan xoşbəxtdir. Həyat yoldaşım məni qısqanmır. Heç mənə yazanlara da baxmır. Sonuncu dəfə yazılanlara ötən yay baxıb. Bizim ailədə elə şeylər olmur. Dalaşmırıq".

Sənətçi məşhurların həyatının ictimailəşməsindən söz açıb:

"Elə müğənni var ki, özünü aparmağı, söz deməyi bacarır. Hər insanın şəxsi həyatı olur. Heç vaxt deməyin ki, bunu etmərəm. Hər müğənninn də, adi insanın da öz həyatı var. İnsan nəsə edəndə, fikirləşməlidir. Bu da onun taleyidir. Müğənnilər maraqlıdır, efirə çağırırsız. Qonşumuzda adam var, qaynına qoşulub qaçıb. Onu efirə çağırarsız? Üç qızın videosu yayıldı. Hansı müğənni onu edər? Hətta bizim qardaşlarımız onları alır, gedib toylarında oxuyuruq. İctimailəşdi, qızları tanıdıq. Əgər tanınmasaydı, qohumumuz gedib onu alardı. Müğənni etsəydi, onu heç vaxt almazdılar.İnstaqram çox yaxşıdır. Nə qədər adamı onun sayəsində tanıyırıq".

Qeyd edək ki, Fəxrəddin adlı şəxslə ailəli olan Xatirənin Emil adlı oğul övladı var.

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    xatireye · 20 May 18:571413

    Musahibeni oxumadim.bawkiqa gore cvb deyirem baxir hansi ailede boyumuw nece bacinin qardawi alir onu...her qardaw duz emelli heyatda qiz tapib evlene bilmir.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 20 May 19:21328

    Ümumi danisma ola biler senin qardasin alsin toyunda oxuyasan.

    Cavab yaz
  • Anonim
    sevinc · 20 May 19:50610

    Allah sizleri hemiwe xowbext etsin uzun hemiwe gulsun allah oglunu saxlasin

    Cavab yaz
  • Anonim
    Aki2 · 20 May 20:1474

    Beli Esra xanim cox düz buyurduu

    Cavab yaz
  • Anonim
    asi · 20 May 20:234116

    O "qardaşlar" gedib təmiz qız alıb sonra həmin o 3 qız kimilərə tamah salıb evdəki abırlı həyalı arvadını onlara qurban edincə, elə bəri başdan o 3 qızlardan alıb otursun evdə işiylə məşğul olsun, camaatın balası da lüt qıza öprə bədbəxt olmasın...

    Cavab yaz
    • Anonim
      NARA · 20 May 22:26114

      asi. əhsən. düz dediz .bravoo

      Cavab yaz
    • Anonim
      Aliyə · 21 May 00:3851

      Temiz söhbət elədiz

      Cavab yaz
    • Anonim
      gg · 22 May 01:1201

      super yazmisan asi

      Cavab yaz
  • Anonim
    .. · 21 May 01:2421

    Hec cur haqq qazandirmiram onlara..

    Cavab yaz
  • Anonim
    * · 21 May 22:0110

    XATİRƏ SƏN ŞİRİNSƏN.ÜRƏYİ TƏMİZ QIZSAN.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.