Şou-biznes

"Qızlar seriallara baxıb, ailə dağıdırlar" - Nadir Qafarzadə

20 May 2019 18:39
5 Şərh     Baxış: 1 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müəyyən yaş var ki, ondan sonra boşanmaq olmaz. Biz ölənə qədər çalışırıq övladlar üçün yaşayaq. Mənim özəl həyatım olmayıb. Peşmanlıq çəksəm də, xeyri yoxdur, qatar getdi. Bundan sonra mən kimə lazımam? Boşansam belə, evlənmərəm. Mənim oğul evləndirən, gəlin gətirən vaxtımdır. Durum özümə toy edim? Mənim fikrimcə yanlışdır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Boş anlar" verilişində deyib. Sənətçi bu dəfə qızları tənqid edib.

"Qızlar serial düşkünü olublar. İçinə girib, onlarla yaşayırlar. Həyatlarını seriallardakı kimi qururlar. Seriallarda xəyanət, ailə dağıtmaq var. Qızlar da baxıb, onu edirlər. Bu da savadsızlıqdan gəlir. Yüngül düşüncəli insanlardır onlar. Serial həyatı yaşamaq istəyəndən hər şey gözləmək olar.

Sənin kefin başqa adamla yaşamaq istəyir deyə, uşaq əziyyət çəkməlidir? Deyirlər, avropalaşmışıq. Axı niyə Avropadan pis şey götürürük? Orada bizə nümunə olan şeylər var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.