Niyam Salami "Ulduzlu yayım" verilişində bədənindəki döymələrdən danışıb.
Milli.Az xəbər verir ki, Niyamın döymələrinin tarixçəsi ilə bağlı açıqlaması verilişin digər qonaqlarını və aparıcını təəccübləndirib:
"Bədənimdə üç döymə var. Hərəsinin bir xatirəsi var. Mən açıq danışan insanam. Əvvəl arada viski içirdim, başım "huylu" olanda and içib söz vermişəm ki, bunu edərəm. Mən də and içmişəmsə, Allahın adını çəkdimsə, başımı verərəm, mümkün deyil!
Dedim boynumdakı (əqrəb döyməsi) döyməni edəcəm. Kişi odur ki, sözünün kəsəri olsun. Deyir, arxasında dursun. Getdim elədim. Bunda (Əlindəki yeni "şir" döyməsi), amma əsəbi idim, şəriklərim məni əsəbiləşdirmişdi. 3 şərikim var. Şir də şirdir də. Heç kimə tabe olmur. Mən də heç vaxt tabe olmağı xoşlamamışam. İndiyə qədər də müstəqiləm".
Məhəmməd Vaqif
Milli.Az